From Wikipedia, the free encyclopedia
Əbu Səid əl-Xudri (612, Mədinə[1] – 693[1], Mədinə, ərəb. أبو سعيد الخدري) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Əbu Səid əl-Xudri | |
---|---|
ərəb. أبو سعيد الخدري | |
Doğum tarixi | 612 |
Doğum yeri | |
Vəfat tarixi | 693[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rəşidi xilafəti Əməvilər xilafəti |
Fəaliyyəti | mühəddis, əsgər |
Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir.
Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir. Atasının öldüyü Uhud döyüşü zamanı Əbu Səidin 13 yaşı var idi.
Peyğəmbərin vəfatından sonra xəlifələr Ömər ibn Xəttab və Osman ibn Əffanın dövründə müsəlman hüququ sahəsində araşdırmalarla məşğul olmuş, fətvalar dərc vermişdir. Xəlifə Əlinin dövründə xaricilərə qarşı vuruşmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.