From Wikipedia, the free encyclopedia
Əbdürrəhim İsmayıloviç Rəşidov (Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov, rusca:Абдраим Измайлович Решидов, 8 mart 1912, Orlovka[d] – 24 oktyabr 1984, Simferopol) – Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı 162-ci aviasiya alayının komandan müavini, Sovet İttifaqı Qəhrəmanı
Əbdürrəhim Rəşidov | |
---|---|
Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Alov quşu[1] |
Doğum tarixi | |
Doğum yeri | Mamaşay, Krım, Rusiya imperiyası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Simferopol, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Krım tatarı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet İttifaqı Hərbi Hava Qüvvələri |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər | II Dünya müharibəsi |
Təltifləri | Sovet İttifaqı Qəhrəmanı |
Əbdürrəhim Rəşidov 1945-ci ildə Pe-2 döyüş təyyarəsində 166 hərbi tapşırığı yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra O, ciddi formada Krım tatarlarının haqlarının müdafiəsi hərəkatına qatılmış və hökumət qarşısında and içmişdi ki, əgər onlar ona öz vətəninə geri dönməyə icazə verməsələr, ictimai formada özünü yandıracaqdır.
Rəşidov 1912-ci ilin mart ayında Krım tatarı olan ailədə Krımın Mamaşay kəndində anadan olmuşdur. Cəmi 5 sinif bitirdikdən sonra Kaçın Hərbi Aviasiya Məktəbinin sexində işləməyə məcbur olmuşdur. 1932-ci ildə o, Simferopolda DOSAAF-ın uçuş məktəbini bitirmiş və 1933-cü ildə Qırmızı Orduya daxil olmuşdur. Bundan sonra təhsilini Luqansk Hərbi Aviasiya Məktəbində və Odessa Hərbi Aviasiya Məktəbində davam etdirmiş və 1934-cü ilin dekabrında təhsilini başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra Xarkov hərbi dairəsində yerləşən eskadrilyaya təyinat almışdır. 1938-ci ilin mayından 1940-cı ilin aprelinə qədər o, Sevastopolda xidmət etmiş, buradanda Odessa Yüksək Sürətli Bombardman Alayına köçürülmüşdür. Almaniya Barbarossa əməliyyatına başlayan zaman o, bu hərbi hissədə xidmət etməkdə idi.[2]
Almaniyanın hücumunun başlamasından qısa müddət sonra Rəşidov Cənub cəbhəsində müdafiə uçuşları etməyə başladı. 1942-ci ilin martında onun alayı Qvardiya fəxri adlandırmasına layiq görüldü və adı XIII Bombardmançı Aviasiya Qvardiyası Alayı adlandırıldı. Bu fəxri ad Sovet İttifaqında qəhrəmanlıq göstərmiş hərbi birləşmələrə verilirdi. O, müharibə boyunca Cənubi Qafqazda, Şimali Qafqazda və Cənub cəbhəsində döyüşdü.
Rəşidov 1942-ci ildən 1943-cü ilin iyununa qədər komandanlar və qərərgah rəisləri üçün olan Qırmızı Ordu Hava Qüvvələri Akademiyasında təhsil aldı. Bundan sonra qısa müddət XV əlahiddə aviasiya bölməsində xidmət etdi. O, müharibə bölgəsinə oktyabr ayında 854-cü Bombardmançı Aviasiya Alayının eskadrilya komandanı kimi geri döndü. Bu vəzifəsində olarkən o, İkinci Ukrayna cəbhəsində uçuşlar etdi və Dnepr döyüşündə iştirak etdi. 1944-cü ilin fevral ayında onun bu alayı da Qvardiya fəxri adına layiq görüldü və adı 162-ci Bombardmançı Aviasiya Qvardiyası Alayı olaraq dəyişdirildi. 1944-cü ilin fevralında o, bu alayın komandanının müavini və uçuş təlimçisi təyin edildi. 1945-ci ilin fevralına qədər o, 166 hərbi tapşırığı yerinə yetirmişdi və bu zaman üçüncü dəfə Sovet İttifaqı Qəhrəmanı adı almağa namizəd göstərildi. O, 1954-ci ilin iyununda, mayor rütbəsini daşıyarkən Sovet İttifaqı Qəhrəmanı elan edildi. Müharibənin sonuna qədər o, 191 uçuş həyata keçirmişdi.[2]
Müharibə bitdikdən sonra Rəşidov Çexoslovakiyada qaldı və 1958-ci ildə təqaüdə ayrılana qədər müxtəlif hərbi vəzifələrdə çalışdı. Təqaüdə ayrılan zaman o, polkovnik-leytenant rütbəsində idi. Müharibə zamanı ordudakı üstün xidmətinə baxmayaraq, ona Krıma geri dönməyə icazə verilmədi və uzun illər sürgündə yaşamağa məcbur oldu. 1967-ci ildə o, Krıma giriş icazəsi almaq üçün müraciət etdi. Ona bu müraciətə baxılmasının 1968-ci ildə olacağı bildirildi. Lakin o, buna baxılmasını gözləmədən və icazə olmadan, 1967-ci ildə qızı və həyat yoldaşı ilə Krıma köçdü. O, buna qədər Nalçikdə yaşayırdı. Lakin o, Krımdakı yaşamaq icazəsi sisteminə görə yerləşməyə ev tapa bilmədi. Bu irəlidə onun depressiyaya girməsinə səbəb oldu. 1967-ci ilin noyabrında Hərbi Hava Qüvvələrinin komandanı Konstantin Verşininə yazdığı teleqramda o, bildirirdi ki, əgər ona Krımda yaşamağa icazə verilməzsə, özünü Lenin meydanında yandıracaqdır.Bundan sonra ona Krımda yaşaması üçün ev verildi, lakin KGB-nin nəzarəti altında. KGB onu “provakator” və “üsyankar” olaraq təsvir edirdi, lakin onlar onun Krım tatarlarının haqları uğrunda mübarizə aparmasına mane ola bilmədilər. 1972-ci ildə KGB evində tez-tez görüşlər təşkil edib, ardıcıllarını Krıma geri dönməyə təşviq etdiyinə görə onu “təhrikedici” və “ara qızışdıran” kimi hesabatında təsvir etmişdi. KGB-nin təzyiqlərinə baxmayaraq, Rəşidov ömrünün sonuna qədər Krımda yaşamağa davam etdi. O, 1984-cü ilin 24 oktyabr ayında vəfat etdi və mənsub olduğu millətin öz yurdlarına dönmələrinə icazənin verilməsini heç bir zaman görə bilmədi.[3][4][5][6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.