From Wikipedia, the free encyclopedia
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı.
Əbdülbaqi Yəzdi | |
---|---|
fars. عبدالباقی یزدی | |
1512 – 1514 | |
Monarx | Şah İsmayıl Xətai |
Əvvəlki | Nəcmi Sani |
Sonrakı | Mirzə Şah Hüseyn |
Nemətullahiyyə təriqətinin başçısı | |
? – 1514 | |
Əvvəlki | Neyməddin Neymətullah |
Sonrakı | Mir Əbdülbaqi Yəzdi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran |
Vəfat səbəbi | döyüşdə ölüm |
Atası | Neyməddin Neymətullah |
Uşağı | Mir Əbdülbaqi Yəzdi |
Rütbəsi | general |
İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur.[1]
1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur.
Baqi təxəllüsü ilə şeirlər yazmışdır.
Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir. Bu evlilikdən doğulan qızı da daha sonra II İsmayılla evlənmişdi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.