Şərqi Sayan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şərqi Sayan — Dağ sistemi olaraq Cənubi Sibir ərazisində 1000 km məsafədə uzanır. cənub-şərqi Krasnoyarsk diyarı, qərbi Buryatiya və İrkutsk vilayəti, şimal-şərqi Tuva və Monqolustannın Xuvsqel oymağı ərasisində[1] isə cənubu yerləşir. Qısası olaraq Yenisey çayının sahillərindən Baykal gölü ərafına qədər uzanır. Qərbi Sayan dağları ilə birlikdə Sayan dağlarının əmələ gətirirlər. Sibir Platformasının[2] cənub-qərbində yerləşir.
Şərqi Sayan | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3491 m |
Uzunluğu | 1000 km |
Hündür nöqtəsi | Munku-Sardık |
Yerləşməsi | |
51°43′08″ şm. e. 100°35′49″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Sayan əsasən qneysdən ibarətdir. Mərmər, ambifilit və kvarsit kimi suxurlar səthə çıxır. Faydalı qazıntılardan Qızıl, Qrafit, Boksit, Asbest və Fosforitə rast gəlinir.
Mərkəzi və cənub-şərq hissədə Yüksək dağlıq massivlər vardır: Böyük Sayan, Tunkin, Kitoy, Botoqol və s.
Şərqi Sayan dağlarının daxilində sönmüş Kropotkina vulkanı ətrafı ərazilərdə vulkanık suxurlar geniş yayılmışdır. Şərq hissədə çox illik buzlar hakim olduğundan relyefə belə öz təsirini göstərmişdir. Şərqi sayan dağlarından axan çayların böyük əksəriyyəti kanyon, astana və şəlalə əmələ gətirir.
Ərazinin böyük qismi yüksək dağlıqdır. Burada Tayqa meşələri geniş yayılmışdır. Əsasən iynə yarpaqlı ağaclar üstünlük təşkil edir. 1500–2000 metr yükəkliklərdə dağ tundurası yayılmışdır. Burada daş üzərində yayılmış mamırlar üstünlük təşkil edir.
İqlimi sərt və soyuq olur. Dağlarda qış uzun şaxtalı, yay isə qısa və mülayim keçir. 900–1300 m yüksəklikdə orta temperatur yanvar ayında −17 , −25 °S, iyulda isə 12 , 14 °S təşkil edir.
Yağıntının miqdarı yüksəklikdən asılı olaraq dəyişiir. Cənub-şərq hissəsində yağıntı 300 mm, qərb və cənub-qərbdə isə 800 mm, orta hissədə 400 mm təşkil edir. .
Şərqi Tyanşan ərazisində 100-ə qədər Buzlaq mövcuddur ki, onlarında ümumi sahəsi 30 km² təşkil edir. Xüsusi ilə mağaralarda sırsıralarla zəngin olan buzlaqlar vardır.
Onun ərazisində əmələ gələn çaylar Yeniseyin hövzəsinə aiddir. Ən iri çayları Aqul, Biryosa çayı, Kan çayı, Mana çayı, Sisim, Sida çayı, Tuba, Uda çayı. İya çayı, Oka çayı, Bolşaya Belaya çayı, Kitoy çayı, İrkut.
Göllərin böyük əksəriyyəti buzun ekzarasiya fəsliyyəti nəticəsində əmələ gəlmişdir (Aqul gölü[3]).
Bölgə zəngin miniral suları ilə məşhurdur ( Arşan, Nılova Pustın və Şumak).
Şərqi Sayan dağlarının şimal-qərbində Yenisey çayının şərq sahillərindən başlayaraq Slobı qoruğu yerləşir. Silsilənin cənub-şərqində isə Tunqus milli parkı yerləşir. Bu qoruğun ərazisi Buryatiyanın Tuksin rayonu ərazisinə daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.