From Wikipedia, the free encyclopedia
Şəhər — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.
Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.
Şəhərlərin planlaşdırılması ilə şəhərin memarlıq strukturu məşğul olur. Şəhərin düzgün fəaliyyət göstərməsi üçün onun nəqliyyat planlaşdırılması da vacibdir. Şəhərin inkişaf planı şəhərin inkişaf istiqamətini müəyyənləşdirir və beləliklə qarşıya çıxa biləcək neqativ halları, eləcə də urbanizasiyanın təsirini minimallaşdırmağa xidmət edir.
Şəhərlər öz aralarında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollarla əlaqələndirilir. Şəhərin daxilində yollar küçə şəklində paylanır, küçələrin kənarlarında binalar, evlər və başqa tikililər yaradılır. Binaların ətrafında sakinlərin hərəkəti üçün səkilər nəzərdə tutulur.
Şəhərdə binaların və tikililərin növləri:
1900-cü ildə dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı ümumi əhali sayının 14%-ni təşkil edirdi. XX əsrin sonunda bu rəqəm 47%-ə çatdı. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır [1]
Tədqiqatçılar göstərirlər ki, əgər inkişaf bu sürətlə gedərsə, şəhər əhalisinin sayı hər 38 ilə ikiqat artacaqdır. 1950-ci ildə dünyanın 83 şəhərində əhalinin sayı 1 milyonu keçirdi. 2000-ci ildə bu rəqəm 411 oldu.
2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır.
1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2010 | |
---|---|---|---|---|---|---|---|
Tokio | 11.0 mln. | 16.5 mln. | 21.9 mln. | 25.0 mln. | 27.9 mln. | 28.7 mln. | |
Şanxay | 11.2 mln. | 11.2 mln. | 13.5 mln. | 17.2 mln. | 21.5 mln. | ||
Mexiko | 13.9 mln. | 15.1 mln. | 16.4 mln. | 18.2 mln. | |||
San Paulo | 12.1 mln. | 14.8 mln. | 17.8 mln. | 20.1 mln. | |||
Osaka | 10.0 mln. | 10.5 mln. | 10.6 mln. | 10.6 mln. | |||
Bombey | 12.2 mln. | 18.1 mln. | 24.3 mln. | ||||
Los-Anceles | 11.5 mln. | 13.1 mln. | 14.0 mln. | ||||
Pekin | 10.9 mln. | 14.2 mln. | 17.8 mln. | ||||
Kəlküttə | 10.7 mln. | 12.7 mln. | 15.6 mln. | ||||
Buenos-Ayres | 10.6 mln. | 11.4 mln. | 12.0 mln. | ||||
Seul | 10.6 mln. | 12.3 mln. | 13.0 mln. | ||||
Cakarta | 14.1 mln. | 19.2 mln. | |||||
Laqos | 13.5 mln. | 20.8 mln. | |||||
Tyansçin | 12.4 mln. | 15.6 mln. | |||||
Karaçı | 12.1 mln. | 17.6 mln. | |||||
Nyu Dehli | 11.7 mln. | 15.5 mln. | |||||
Manila | 10.8 mln. | 13.7 mln. | |||||
Qahirə | 10.7 mln. | 13.2 mln. | |||||
Moskva | 10.5 mln. | 13.1 mln. | |||||
Rio-de-Janeyro | 10.2 mln. | 11.1 mln. | |||||
Dəkkə | 10.2 mln. | 16.0 mln. | |||||
İstanbul | 11.7 mln. |
Avropada əhalinin 50%-i əhalisinin sayı az olan şəhərlərdə yaşayır (5-10 min əhali), 25%-i əhalisi 10-250 min olan, yerdə qalan 25%-i əhalisinin sayı 250 mindən artıq olan şəhərlərdə yaşayırlar.
Şəhərlər inkişafına görə Alfa, Betta, Qamma və Kafi kateqoriyalarına bölünür. Şəhərlərin bu kateqoriyalara uyğun sinifləndirilməsi "Globalization and World Cities Research Network" adlı araşdırma məntəqəsi tərəfindən apaılır. GaWCRN 2020-yə görə şəhərlərin bölünməsi aşağıda göstərilmişdir.
Alfa ++ şəhərlər qlobal iqtisadiyyata görə ən inteqrasiya etmiş şəhərlərdir:
Alfa + şəhərlər London və New York-u tamamlayan digər yüksək inteqrasiya olunmuş şəhərlərdir və əsasən Sakit okean/Asiya üçün qabaqcıl xidmət ehtiyacları ödəyir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.