Şirvan (Şamaxı)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi,[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır.[2]
Şirvan | |
---|---|
39°57′ şm. e. 48°58′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir.[3]
Kənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir.
Kənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
Kənddə 88 təsərrüfat var.