Şahzadə Rupert qalası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şahzadə Rupert qalası (ing. Prince Rupert's Tower) — Liverpul şəhərinin Everton rayonunda yerləşən qala. İlk növbədə "Everton" futbol klubunun rəmzi kimi tanınır.[1][2]
Şahzadə Rupert qalası | |
---|---|
Prince Rupert's Tower | |
Ümumi məlumatlar | |
Ölkə | Böyük Britaniya |
Şəhər | Liverpul |
Koordinatlar | 53°25′02″ şm. e. 2°58′11″ q. u.HGYO |
Açılma | 1787 |
Ölçülər | |
Diametr | 8 |
Texniki detallar | |
Mərtəbə sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Qala 1787-ci ildə tikilib. İlk əvvəllər konstebllər (polis rütbəsi) tərəfindən tutulmuş əyyaşların və xırda cinayətkarların saxlanıldığı yer kimi istifadə edilirdi.[3] Ertəsi gün onlar məhkəmə qarşısında dururdular və bir qayda olaraq islah işləri növündə cəzaya məhkum olunurdular.[3]
Qalanın adı İngiltərə vətəndaş müharibəsi zamanı parlamentin əleyhdarlarının lideri olan Rupert Pfalsskiyin şərəfinə adlandırılıb. Şahzadə Rupert Liverpul qəsrinin işğalına hazırlıq zamanı gələcəkdə qalanın yerləşəcəyi təpədə dayanmış və şəhərə baxaraq söyləmişdir: "Bu istənilən məktəbli dəstəsinin ələ keçirə biləcəyi qarğa yuvasıdır".[3]
1938-ci ildə "Everton" futbol klubunun katibi Teo Kelli klubun emblemini hazırlayıb. Emblemin mərkəzi elementi Everton rayonuyla sıx bağlı olan Şahzadə Rupert qalası olub.[1][4] O vaxtdan qala klubun əsas rəmzlərindən biri sayılır.
1997-ci ilin may ayında "Everton" futbol klubu qalanın bərpasına 15 000 funt sterlinq vəsait ayırıb.
2014-cü ilin fevralında qalada onu "Everton" futbol klubunun ənənəvi göy rəngiylə işıqlandıran çıraqban quraşdırılıb.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.