türk rəssam From Wikipedia, the free encyclopedia
Şahzadə Fahrelnisə Zeyid (7 yanvar 1901[2][3][…], Böyükada, İstanbul ili və ya Türkiyə[4] – 5 sentyabr 1991[5][6], Amman[7]) — istedadlı türk rəssamı. O 1901-ci ildə İstanbulda anadan olmuşdur[8][9]. O Kabaağaclızadə Mehmet Şakir Paşanın qızıdır. II Abdülhəmid dövründə yaşayan Cavad Paşanın qardaşı qızı və Halikarnas Balıqçının bacısı Fahrelnisə Zeyidin qızlıq soyadı Kral 1 olmuş və ancaq Emir Zeyidlə ailə qurduqdan sonra isə soyadını Zeyidlə əvəz etmişdir. O müasir dövr rəssamıdır və modern üslubda çəkir. Rəssamlığı Fransada öyrənmişdir[10].
Fahrelnisə Zeyid | |
---|---|
ərəb. penedesemen | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Fransa |
Uşaqları | 4 |
Fəaliyyəti | rəssam, stained-glass artist[d], mosaicist[d], litoqraf, rəssam-qravürçü[d], kollaj hazırlayan[d] |
Təhsili |
|
Janr | modern |
Stillər | ekspressionizm[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Qardaşları - Yazıçı Cavad Şakir Kabaağaclı və Aliyə Berger Xalası - Füreya Koral Anası - Şirin Devrim
1901-ci ildə İstanbulda Böyükada da dünyaya gəlib. Atası dövlət işçisi, əsgər və tarixçi Kabaağaclı Mehməd Şakir Paşa, anası Giritli Sara xanımdır. Evin ortancıl uşağıdır.
14 yaşında rəsm çəkməyə başlamışdır. Müharibə dövrlərində Sanayi Nefisin şagirdlərindən biri olmuşdur.[13][14]
O ilk ailə həyatını 1920-ci ildə yazıçı İzzet Melih Devrimlə qurur[15][16]. O həyat yoldaşı ilə Avropa kəndlərinə ziyarət edir[17]. Bu evlilikdən iki uşağı dünyaya gəlir. O rəsm dərsini Parisdə Ranson Akademiyasında və Türkiyədə Gözəl Sənət akademiyasında Namiq İsmayılın yanında davam elətdirir[18].
1934-cü ildə ikinci dəfə ailə qurur. Bu zaman o İraqın Ankaradakı səfiri İraq Kral I ilə ailə qurur. Bu evlilikdən Raad adında oğlu dünyaya gəlir.Səfir yoldaşı kimi Türkiyədən uzaqlaşan Zeyid Avropanın bir çox kəndlərinə səyahət etməyə davam edir və 1944-cü ildə İstanbulda rəsm sərgisi keçirir. Bundan sonra o Paris, London, Nyu-York, Brüsseldə sərgilərini açır.
Rəsm əsərləri ən son 1988-ci ildə İstanbulda, 1990-cı ildə Fransa və Almaniyada olmuşdur[19].
5 sentyabr 1991-ci ildə vəfat edib və El Rağdan Sarayının Kral Qəbirsanlığında basdırılıb[20].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.