İspaniya unitar bir dövlətdir. İspaniyada əsas inzibati ərazi vahidi muxtar birlikdir (muxtar vilayət, isp. comunidad autónoma) [1][2][3]. Hazırda ölkədə Basklar ölkəsi, Kataloniya, Navarra, Qalisiya və Andalusiyanın geniş muxtariyyətlərə sahib olduğu 17 muxtar birlik var.
İcma Məclisi bir palatalı parlamentdir və icmaya görə bu qanunverici orqanın növləri fərqlənir:
Parlament: Andalusiya, Balear adaları, Kanar adaları, Kataloniya, Qalisiya, Rioja, Navarra, Bask ölkəsi
Kortes: Araqon, Kastilla la Mança, Kastilla və Leon, Valensiya
Məclis: Estremadura, Madrid və Murcia
Xunta: Asturiya
İcma seçkiləri ümumi səsvermə hüququ əsasında keçirilir. Seçkilər Andalusiya, Kataloniya, Qalisiya və Bask ölkəsi xaricində bütün muxtar icmalarda hər dörd ildən bir mayın son bazar günü keçirilir. Valensiya, Navarra və Araqon bu sistemə uyğun olaraq seçki keçirir, lakin muxtariyyət qanunlarında (nizamnamələrdə) islahatlar aparıldıqdan sonra Muxtar İcma Sədrinin səlahiyyət müddəti başa çatmadığı təqdirdə, hər hansı bir tarixdə parlamenti buraxmaq və seçki təyin etmək hüququ vardır.
- Andalusiya (Andalucía), sahə 87 268 km², paytaxt — Sevilya
- Araqon (Aragón), sahə 47 719 km², paytaxt — Saraqosa
- Asturiya (Principado de Asturias), sahə 10 604 km², paytaxt — Ovyedo
- Balear adaları (Islas Baleares), sahə 4992 km², paytaxt — Palma-de-Malorka
- Valensiya (Comunidad Valenciana), sahə 23 255 km², paytaxt — Valensiya
- Qalisiya (Galicia), sahə 29 574 km², paytaxt — Santyaqo-de-Kompostela
- Kanar adaları (Islas Canarias), sahə 7447 km², paytaxt — Las-Palmas-de-Qran-Kanariya, Santa-Krus-de-Tenerife
- Kantabriya (Cantabria), sahə 5321 km², paytaxt — Santander
- Kastiliya-La-Mança (Castilla-La Mancha), sahə 79 463 km², paytaxt — Toledo
- Kastiliya-Leon (Castilla y León), sahə 94 223 km², paytaxt — Valyadolid
- Kataloniya (Cataluña), sahə 32 114 km², paytaxt — Barselona
- Madrid (Madrid, muxtar vilayət olaraq), sahə 8 028 km², paytaxt — Madrid
- Mursiya (Región de Murcia), sahə 11 313 km², paytaxt — Mursiya
- Navarra (Navarra) (sahə 10 391 km², paytaxt — Pamplona
- Rioxa (La Rioja), sahə 5045 km², paytaxt — Loqronyo
- Bask ölkəsi (País Vasco), sahə 7234 km², paytaxt — Viktoriya
- Estremadura (Extremadura), sahə 41 634 km², paytaxt — Merida.
Əsas məqalə: İspaniyanın əyalətləri
- Avila (Ávila), paytaxt — Avila
- Alava (Álava) paytaxt — Viktoriya
- Alikante (Alicante) paytaxt — Alikante
- Albesete (Albacete) paytaxt — Albesete
- Almeriya (Almería) paytaxt — Almeriya
- Asturiya (Asturias) paytaxt — Ovyedo
- Badaxos (Badajoz) paytaxt — Badaxos
- Balear adaları (Baleares) paytaxt — Palma
- Barselona (Barcelona) paytaxt — Barselona
- Biskayya (Vizcaya) paytaxt — Bilbao
- Burqos (Burgos) paytaxt — Burqos
- Valensiya (Valencia) paytaxt — Valensiya
- Valyadolid (Valladolid) paytaxt — Valyadolid
- Qvadalaxara (Guadalajara) paytaxt — Qvadalaxara
- Qipuskoa (Guipúzcoa) paytaxt — San-Sebastyan
- Qranada (Granada) paytaxt — Qranada
- Jirona (Gerona) paytaxt — Jirona
- Kadis (Cádiz) paytaxt — Kadis
- Kantabriya (Cantabria) paytaxt — Santander
- Kaseres (Cáceres) paytaxt — Kaseres
- Kastelyon (Castellón) paytaxt — Kastelyon-de-la-Plana
- Kordova (Córdoba) paytaxt — Kordova
- Kuenka (Cuenca) paytaxt — Kuenka
- La-Korunya (La Coruña) paytaxt — La-Korunya
- La-Rioxa (La Rioja) paytaxt — Loqronyo
- Las-Palmas (Las Palmas) paytaxt — Las-Palmas-de-Qran-Kanariya
- Leon (León) paytaxt — Leon
- Lerida (Lérida) paytaxt — Lerida
- Luqo (Lugo) paytaxt — Luqo
- Madrid (Madrid) paytaxt — Madrid
- Malaqa (Málaga) paytaxt — Malaqa
- Mursiya (Murcia) paytaxt — Mursiya
- Navarra (Navarra) paytaxt — Pamplona
- Orense (Orense) paytaxt — Orense
- Palensiya (Palencia) paytaxt — Palensiya
- Pontevedra (Pontevedra) paytaxt — Pontevedra
- Salamanka (Salamanca) paytaxt — Salamanka
- Samora (Zamora) paytaxt — Samora
- Santa-Krus-de-Tenerife (Santa Cruz de Tenerife) paytaxt — Santa-Krus-de-Tenerife
- Saraqosa (Zaragoza) paytaxt — Saraqosa
- Sevilya (Sevilla) paytaxt — Sevilya
- Seqoviya (Segovia) paytaxt — Seqoviya
- Soriya (Soria) paytaxt — Soriya
- Syudad-Real (Ciudad Real) paytaxt — Syudad-Real
- Tarraqona (Tarragona) paytaxt — Tarraqona
- Teruel (Teruel) paytaxt — Teruel
- Toledo (Toledo) paytaxt — Toledo
- Xaen (Jaén) paytaxt — Xaen
- Uelva (Huelva) paytaxt — Uelva
- Ueska (Huesca) paytaxt — Ueska.
Əsas məqalə: İspaniyanın rayonları
Komarka (isp. comarca) — İspaniyada müxtəlif vilayət sistemlərinə görə bir mahalın ümumi adı.
Словарь географических названий. .