İha Fuyu (伊波 普猷?, 15 mart 1876 və ya 1876[1], Naha13 avqust 1947 və ya 1947[1], Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası.[2] "Okinavaşünaslığın atası" hesab olunur.[2] O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir.[2]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
İha Fuyu
yap. 伊波 普猷
Thumb
Doğum tarixi 15 mart 1876(1876-03-15) və ya 1876[1]
Doğum yeri
Vəfat tarixi 13 avqust 1947(1947-08-13) və ya 1947[1]
Vəfat yeri
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti tarixçi, folklorşünas, dilçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı və karyerası

İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur.[2] 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır.[2] Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir.[2] Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır.[2]

1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir.[2]

Elmi töhfələri

İha xristian, prohibitionistesperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir.[2] 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.[2] Burada Ryukyu krallığının "Omoro Soşi" şeirlər antologiyasını tədqiq etmiş, Okinava dili üçün lüğət tərtib etmiş, Okinava folkloruna və dram teatrına aid kolleksiya yaratmış, qədim Okinava dilinin səs sistemini öyrənmişdir.[2]

İhanın Okinava haqqında olan nəşrləri və mühazirələri arxeologiya, tarix, dilçilik, fəlsəfə, etnologiya və ədəbiyyat kimi mövzuları əhatə etmişdir.[2] Əsas əsərləri 11 cilddən ibarət "İha Fuyu zenşu" (1974–76) əsərində toplanmışdır.[2]

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.