From Wikipedia, the free encyclopedia
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928[1], Xelm[d] – 1 iyul 2020[2][3], Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri.
İda Qendel | |
---|---|
pol. Ida Haendel | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1928[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 2020[2][3] (91 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | skripkaçı, violin teacher[d], musiqi pedaqoqu |
Janr | klassik musiqi |
Musiqi aləti | skripka |
Albom şirkətləri | Decca Records[d], Doyçe Qrammofon[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi.[4] Atası rəssam və qeyri-peşəkar skripkaçı idi.
İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir. Qendel ailəsi Böyk Britaniyaya köçür. Qocaman yaşına baxmayaraq, İda Qendel çıxışlarına davam edir. Qendelin diskoqrafoyası çox genişdir. O demək olar ki bütün klassik və romantik skripka repertuarını özündə əks etdirir.
1970-ci ildə onun "Skripkalı qadın" (ing. Woman with Violin) kitabı işıq üzü gördü.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.