From Wikipedia, the free encyclopedia
Çu çayı[1] (qırğ. Чүй), Şu[2] (Qazaxıstan ərazisində (qaz. Шу)) — Ters Ala-Too buzlaqlarından başlanğıcını götürür. Coonarık və Koçkor çayları birləşdikdən sonra axır.
Çu çayı | |
---|---|
qırğ. Чүй, qaz. Шу | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 1700 m |
Uzunluğu | 1069 km |
Su sərfi | 130 m³/s |
Hövzəsinin sahəsi | 67500 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belə ehtimal vardır ki, bu çin və ya tibet sözü olub mənası «su, çay» anlamında işlədilir. Е. Koyçubayev bu adın qədim türk etnislarından birinin adı olması fikirini irəli sürür. Çu, Çue, Şu və ya Şue adlarından törədiyini ehtimal efirdi[3]
Çu Qırğızıstan ərazisindən axaraq Qazaxıstan ərazisinə irəliləyir. Uzunluğu 1067 km təşkil edir. Çayın hövzəsinin sahəsi 67 500 km²-dir[4]. Əsas qolları (sağdan) Çon Kemin, Irqaytı, Kakpatas, (soldan) Alamedin, Aksu, Kuraqatı.
Çu çayı İsıkgöl gölü yaxınlığından keçir. Göldən cəmi 5–6 km aralıdan keçir. Çay orta axarda Qazaxıstan və Qırğızıstan sərhəddindən keçir. Aşağı axarlarda çay Qazaxıstan ərazisindən axır. Burada onun dərəsi 3–5 km artır. Muyunqum səhrasında qumlar arasında süzülərək yoxa çıxır. O səhranın cənub sərhədini təşkil edir. Ançaq gur sulu dövrdə suyununduzlu Akjaykın gölünə çatfıra bilir[5] Orta illik sərfiyyat 130 m³/s təşkil edir. 1958-ci ildə Qırğızıstan ərazisində Böyük Çuykoy kanalı inşa edilir. Bundan sonra Çuyky vilayəti yaşıllığa bürünsədə (əkinə cəlb edilməsi) çayın səviyəsi enmişdir.
Çay üzərində bir sıra suanbarları vardır: Orto-Tokoy (Qırğızıstan) və Tasotkel (Qazaxıstan). Çaydan çoxlu sayda kanallar çəkilmişdir. Tasotkel suanbarının üzərində 16 may 2013-ci ildə güçü 9,2 MVt olan SES quraşdırılır. SES il ərzində 45,6 milyon kVt⋅s[6] enerji verir.
Koçkor, Kemin, Tokmak (Qırğızıstan) və Korday, Şu, Tolebi (Qazaxıstan).
2000-ci ildə Qırğızıstanda paftinq məşhurlaşmışdır. Bu məqsədlə hətta turistik maşrutlar belə təşkil edilir[7].
Çaydan çəkilən kanallardan birinin üzərində kaskad SES-ları tikilmişdir (Alamedin və Bıstrov)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.