From Wikipedia, the free encyclopedia
Ziya Şıxlinski — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi[1], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Ziya Şıxlinski | |
---|---|
Ziya Ənvər oğlu Şıxlinski | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Ənvər Şıxlinski |
Fəaliyyəti | Rejissor |
Təhsili | |
Mükafatları |
Şıxlinski Ziya Ənvər oğlu 1951-ci il mayın 18-də Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1968-ci ildə 160 saylı orta məktəbi bitirərək, həmin il ADU-nun filologiya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında işləmiş, bir sıra filmlərin çəkilişi zamanı rejissor assistenti və ikinci rejissor kimi iştirak etmişdir, 1985–87-ci illərdə "Sovet Azərbaycanı" və "İncəsənət və gənc nəsil" kinojurnallarında rejissor kimi fəaliyyət göstərmişdir. 1987–89-cu illərdə Moskvada ikiillik Ali Rejissorluq kursunda oxumuşdur.
Budapeşt, Novoçerkask, Praqa, Əfqanıstan, Alma-Ata, Tbilisi və Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğınlara həsr olunmuş "Ruslar müharibə istəyirmi?" (1990), general Əli ağa Şıxlinskiyə həsr olunan "Artilleriyanın allahı sayılırdı" (1996), Azərbaycan ərazisində yaşamış almanlara həsr olunan "Bir həsrət nəğməsi" (1997) və xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş "Ayrılan yollar" (1997) sənədli filmlərini çəkmişdir. Digər sənədli filmləri: "Şopenin qayıtması" (1998), "8 dəqiqə yarımlıq düşüncə" (1999), "Doğma yer yoxdur" (2003), "Həyat mənbəyi" (2005), "Həyatın izləri" (2006), "İbadət" (2007), "Azərbaycan motivləri" (2008), "Azərbaycan musiqisi" (2009), "Dünyaya açılmış pəncərə", "Onun böyük ürəyi", "Ürəkdən çəkən rəssam" (2010), "Fotorəssam" (2011).
2011-ci ildə Milli Kino Günü münasibəyilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" fəxri adı ilə təltif olunmuşdur. Ziya Şıxlinski hal-hazırda Cəfər Cabbarlı adına kinostudiyada çalışır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.