From Wikipedia, the free encyclopedia
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir.[1]
İslam | |
Zahir məscidi | |
---|---|
malay Masjid Zahir | |
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Malayziya |
Şəhər | Alor Setar |
Memarlıq | |
İnşa tarixi | 1912 |
Üslubu | islam memarlığı |
Ümumi sahəsi | 11 558 m² |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub.[2][3] Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir.[4]
Zahir məscidi təxminən 11,558 m² sahə tutur. Məscidin mərkəzi zalı (ibadət zalı) 5.8 m² sahəyə malikdir və 4 mezonin zonalı 2,4 metr genişliyində eyvanlarla əhatə olunub. Hər bir mezonin zonası günbəzlə örtülüdür. Məscidin əsas günbəzi binanın şimal-şərq hissəsində yerləşir. Bu Malayziyada ən böyük və ən qədim məscidlərindən biridir. Hər il məsciddə Quran hafizlərinin festivalı keçirilir. Bu məscid dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri seçilib.[2]
2008-ci ilin 28 martında Qazaxıstan sikkəxanası "Dünyanın Məşhur Məscidləri" seriyasından Zahir məscidinin təsvir olunduğu gümüş sikkə buraxıb. Sikkənin nominalı 100 təngədir və bu qiymətli metal 925 əyarlı gümüşdən ibarətdir.[5]
Həmin seriyadan olan qızıl sikkə 2012-ci ildə buraxılıb. Sikkənin əks tərəfində mərkəzdə Zahir məscidinin təsviri yerləşdirilib. Aşağı hissəsində isə "ZAHİR" sözü həkk olunub. Sikkənin nominalı 500 təngə, bu qiymətli metal isə 999 əyarlı qızıldan ibarətdir. Sikkənin kütləsi 3,11 q, diametri 16 mm-dir. Cəmi 3000 ədəd belə sikkə buraxılıb.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.