Zabitlər evi (Tbilisi)
From Wikipedia, the free encyclopedia
Zabitlər evi (gürc. ოფიცერთა სახლი) – Tbilisi şəhərində, Rustaveli prospekti 16 ünvanında yerləşən tarix-memarlıq abidəsi.
Zabitlər evi | |
---|---|
gürc. ოფიცერთა სახლი | |
![]() Binanın əsas fasadının görünüşü | |
![]() | |
![]() | |
41°41′57″ şm. e. 44°47′49″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Aidiyyatı | Gürcüstan hökuməti |
Memar | David Çisliyev |
Tikilmə tarixi | 1916 |
Üslubu | Neoklassik memarlıq |
Vəziyyəti | qənaətbəxş |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Neoklassik üzlublu Zabitlər evi binası 1916-cı ildə memar David Çisliyevin layihəsi əsasında inşa edilmişdir. Binanın interyerlərinin həll olunmasında məşhur Gürcüstan heykəltəraşı Yakov Nikoladze də iştirak etmişdir.[1] Həmçinin binaın üçüncü mərtəbəsinin künc eyvanını bəzətən kariatidlər də onun tərəfindən hazırlanmışdır.
1918-ci ildə binanın zirzəmisində yaradılmış tarixi “Arqonavtlar qayığı” (rus. Лодка аргонавтов) kafesi gürcü rəssamlarının görüş yerinə çevrilmiş, Kirill Zdaneviç, Lado Qudiaşvili, Aleksandr Bajbeuk-Melikov kimi sənətkarlar tez-tez burda göüşmüşlər.
Hazırda binada Galleria TMS və “Erisoni” Dövlət Akademik Gürcü Xalq Mahnı və Rəqs Ansanblı gəaliyyət göstərir.
Maraqlı faktlar
Şahmat üzrə dünya çempionu Tiqran Petrosyan uşaqlıq illərində - 1929-1946-cı illərdə bu binada yaşamışdır. Binanın üzərində idmançının xatirəsini əbədiləşdirən xatirə lövhəsi vurulmuşdur.[2]
İstinadlar
Ədəbiyyat
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.