Yakov Nikoladze

From Wikipedia, the free encyclopedia

Yakov Nikoladze

Yakov İvanoviç Nikoladze (gürc. იაკობ ნიკოლაძე; 16 (28) may 1876, Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası[1]10 mart 1951[1][2][…], Tbilisi, Gürcüstan SSR, SSRİ[1]) — Gürcüstan-sovet heykəltəraşı. Müasir gürcü heykəltəraşlığının banisi hesab edilir.

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Yakov Nikoladze
gürc. იაკობ ივანეს ძე ნიკოლაძე
Thumb
Doğum adı იაკობ ნიკოლაძე
Doğum tarixi 16 (28) may 1876
Doğum yeri
Vəfat tarixi 10 mart 1951(1951-03-10)[1][2][…] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Fəaliyyəti heykəltaraş, universitet müəllimi[d]
Təhsili
Tələbələri Tamara Abakeliya
Mükafatları "Şərəf nişanı" ordeni
"Stalin" mükafatı
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Yakov Nikoladze 16 mart 1876-cı ildə Rusiya imperiyasının tərkibində olan Qafqaz canişinliyinin Kutaisi şəhərində anadan olmuşdur. Nikoladze 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü olmuşdur. O, 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Moskva, OdessaParisdə olmuşdur. Nikoladze Tbilisi Rəssamlıq Akademiyasının yaradıcılarındandır (1922). O, 10 mart 1951-ci ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir.[3]

Əsərləri

Yakov Nikoladzenin əsərləri arasında yazıçı İ. Çavçavadze (1937) Ş. Rustaveli (1905, 1937) və başqalarının portretləri, "Lenin İskra"nın yaranması dövründə (1947) kompozisiyalar, İ. Çavçavadzenin qəbirüstü abidəsi (tunc, daş, 1911; 1923-cü ildə qoyulmuşdur) A. Serveteli (daş, 1914; 1922-ci ildə qoyulmuşdur; hazırda Gürcüstan İncəsənət Muzeyindədir), və K. Lesenlidzenin (mərmər, 1947) abidələri, Kutaisi şəhərində A. Sulukidzenin abidəsi (mərmər, 1923) və s.[3]

Təltifləri

Nikoladze 1946-cı ildə Gürcüstan SSR xalq rəssamı adına layiq görülmüş, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Həmçinin o, Lenin ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.[3]

Mənbə

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.