From Wikipedia, the free encyclopedia
Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya – 8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır.
Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi.[2]
1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır.[2]
Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dans və baletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır. Səyahət zamanı anası yeni ərindən ayrılmağa qərar vermiş, lakin Yurikonu Yaponiyada qoymuşdur. Yuriko Yaponiyadakı bu illəri ərzində İşiinin gənc rəqqaslardan ibarət truppası ilə məşq etməklə yanaşı, tikiş sənətini və kostyum tikməyi də öyrənmişdir.[2]
1937-ci ildə Yuriko Kaliforniyaya qayıtmışdır. Anası artıq Los-Ancelesdə yaşayırdı və Duqlas Mitsuhaşi adlı yeni biri ilə evli idi. Mitsuhaşinin vasitəsilə o, Mira Kinç kimi müasir rəqqaslarla tanış olmuşdur. Kinç onu müasir rəqs və balet müəllimi olan Doroti Lindall ilə tanış etmişdir. Yuriko Lindallın ansamblına qoşulmuş və xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. Soyadının tez-tez yanlış tələffüz olunmasından bezən o, Yuriko adını səhnə adı kimi qəbul etməyə qərar vermişdir.[2]
İkinci Dünya müharibəsi zamanı bir çox yaponəsilli şəxs kimi Yuriko da internasiya həyatı yaşamış və Arizona ştatında yerləşən Qila Çayı Yerdəyişmə Düşərgəsinə göndərilmişdir. Burada ona rəqs məktəbi açmağa icazə vermişdir. 1943-cü ildə düşərgədən azad ediləndə məsləhətçi Klara Kleyman ona Nyu-Yorka getməyi və orada müasir rəqs öyrənməyi məsləhət görmüşdür.[2]
Yuriko onun təklifini qəbul edərək Nyu-Yorka köçmüş və Manhettendə yerləşən bir alış-veriş mərkəzində dərzi kimi işləməyə başlamışdır. O, Ceyn Dadli və Sofi Maslou ilə birlikdə rəqs məşqləri etməyə başlamışdır. 1944-cü ildə isə Marta Qrehemin ansamblına qəbul olunmuş və onun "Appalaç baharı" baletində rəqs etmişdir. Yuriko 1967-ci ilə qədər Qrehemenin ansamblında çıxış etmiş, növbəti dövrlərdə Qrehemenin irsini davam etdirməklə məşğul olmuşdur. 1983-cü ildə "Marta Qrehem Ansamblı" adlı tələbə ansamblını qurmuş və 1993-cü ilə qədər ansamblın rəhbəri olmuşdur.[2]
Yuriko 1951-ci ildə "Kral və mən" müziklının orijinal heyətində çıxış etmiş, 1955-ci ildə çəkilmiş "Kral və mən" filmində oynamışdır. "Tom dayının kiçik evi" baletində qul Elizanı oynamışdır. O, hadisələri Siamda baş verən bir neçə müzikl idarə etmişdir. Yuriko 1992-ci ildə Qrehemenin "Panorama" adlı baletini yenidən təşkil etmiş, 2000-ci ildə isə Qrehemin "Appalaç baharı" baletini yenidən səhnəyə qoymuşdur.[2]
Yuriko Nyu-Yorkda Çarlz Kikuçi ilə tanış olmuş və 1946-cı ildə onunla evlənmişdir. Yuriko kimi internasiya düşərgəsində olmuş Kikuçi 1973-cü ildə internasiya həyatı haqqında yazdığı bioqrafiyasını nəşr etdirmişdir. Psixiatr olan Kikuçi 1988-ci ildə ölmüşdür.[2]
Yurikonun iki uşağı olmuşdur: qızı Süzan Kikuçi Kivnik keçmiş rəqqasdır və Marta Qrehemenin ansamblında müxtəlif vəzifələr tutmuşdur. Oğlunun adı isə Lourens Kikuçidir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.