From Wikipedia, the free encyclopedia
Yon Dal Tomasson (dan. Jon Dahl Tomasson; 29 avqust 1976[1][2], Kopenhagen) — Danimarkalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. İki Dünya Çempionatının və iki Avropa Çempionatının iştirakçısıdır. 52 qolla o, Pol Nilsenlə birlikdə Danimarka millisi tarixinin bombardiridir.
2013-cü ilin dekabrından 2014-cü ilin mayına kimi Hollandiyanın "Roda" klubunun baş məşqçisi olub.[3] 2015-ci ilin iyun ayından 2016-cı ilə kimi "Vitesse" klubunda köməkçi məşqçi vəzifəsində çalışıb .
2016-cı ilin martından 2020-ci ilin yanvarına kimi Danimarka millisində baş məşqçi köməkçisi olub. Hazırda o, İsveçin "Malmö" klubuna rəhbərlik edir.[4]
Tomasson beş yaşında Köqe şəhəri yaxınlığında yerləşən uşaqlardan ibarət "Solröd" klubunda futbol oynamağa başlayır.
Doqquz yaşında o, bölgənin ən böyük klublarından biri olan "Köqe" klubuna keçir. 1992-ci ilin noyabrında, 16 yaşında olarkən bu klubun əsas komandasında debüt edir.
1994-cü ildə Hollandiyanın "Heerenveen" klubuna keçir. Burada 78 oyunda 34 qol vurur.
1997-ci ildə İngiltərənin "Nyukasl" klubuna tranfer olunur. Burada bir mövsümdə 23 oyun keçirir.
1998-ci ildə Hollandiyaya geri dönur. Futbolçunun yeni komandası "Feyenoord" klubu olur. Futbolçu burada 2002-ci ilə kini çıxış edərək, 122 oyunda 55 qol vurur.
"Feyenoord"dakı oyunu ilə İtaliya nəhəngi "Milan"ın diqqətini cəlb edən futbolçu, 2002-ci ildə "Milan" klubuna transfer olunur. İtaliya klubunda 76 oyunda 22 dəfə fərqlənir.
"Milan"ı 2005-ci ildə tərk edən futbolçu, daha sonra Almaniyanın "Şturqart" və İspaniyanın "Vilyareal" komandalarında oynadıqdan sonra, 2008-ci ildə "Feyenoord" klubuna geri dönur. Burada daha 3 il oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını bitirir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.