From Wikipedia, the free encyclopedia
Yellouston gölü (ing. Yellowstone Lake) — Yellouston Milli Parkının ən böyük su mənbəyidir. Göl dəniz səviyyəsindən 2357 m hündürlükdə yerləşir və 350 km3 ərazini əhatə edir, sahil boyunca uzunluğu 180 km-dir. Gölün orta dərinliyi 42 m, ən dərin nöqtəsi isə 120 m-dir. Yellouston gölü Şimali Amerikada 2100m-dən yüksəklikəd yerləşən ən böyük şirin sulu göldür.[1]
Yellouston gölü | |
---|---|
ing. Yellowstone Lake | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.357 m |
Eni | 24 km |
Uzunluğu | 32 km |
Sahil uzunluğu | 180 km |
Sahəsi | 350 km² |
Dərin yeri | 122 m |
Orta dərinliyi | 43 m |
Yerləşməsi | |
44°28′ şm. e. 110°22′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Rayon |
|
Yerləşməsi | Yellouston Milli Parkı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qışda gölün böyük hissəsini buz bağlayır. Göl dekabr ayının əvvəllərində donur və mayın sonlarına və ya iyunun əvvəllərinə yaxın buzu əriyir.
Yellouston gölünün ətrafında olan meşə və vadilərdə qədim zamanlarda yerli Amerika əhalisi məskunlaşmışdı. Gölü kəşf edən ilk avropalı şəxs 19-cu əsrin əvvəllərində ovçuluqla məşğul olan con Kolter olmuşdur. 1820–1840-cı illərdə xəz ticarətinin geniş yayıldığı vaxtlarda göl parkın sərhədləri daxilində ovçular tərəfinədn ən çox ziyarət edilən bölgə idi.
Göl erkən xəritələrdə və jurnallarda müxtəlif adlarla təsvir edilmişdir. Xəz ticarəti ilə məşğul olan Devid Tompson və yeni coğrafi əraziləri kəşf edən Uilyam Klark gölə Yellou Ston (Sarı daş) kimi istinad ediblər. Uilyam Klarkın bəzi xəritələrində göl Eustis gölü kimi də göstərilmişdir və 19-cu əsrin əvvəllərində Sublett gölü kimi də tanınırdı. Yellouston adı rəsmi olaraq 1839-cu ildə ABŞ ordusunun topoqrafiya mühəndisi Kapitan Vaşinqton Hudun tərtib etdiyi xəritələrdə işlədilmişdir və o zamandan bəri qəbul edilmişdir.[2][3]
1850–60-cı illərdə bir çox kəşfiyyat qrupunun Yellouston regionundan keçməsinə baxmayaraq göl haqqında ilk detallı təsvir 1869, 1870 və 1871-ci illərdə Kuk-Folsom-Piterson ekspedisiyasının, Voşbörn-Lanqford-Doan ekspedisiyasının və 1871-ci ildə Hayden geoloji tədqiqat qrupunun axtarışları nəticəsində əldə edilmişdir.
Gölün cənub-qərb hissəsində West Thumb geometrik sahəsi ziyarətçilərin asanlıqla səyahət edə biləcəkləri bölgələrdəndir. Qeyzerlər, dumanlı bölgələr və isti yazlar gölün hər iki tərəfində mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.