Remove ads
Millət vəkili From Wikipedia, the free encyclopedia
Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı – 8 dekabr 2023) — Azərbaycan diplomatı və siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (1995–2002), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri.
Yaşar Əliyev | |
---|---|
24 noyabr 1995 – 26 iyul 2002 | |
24 noyabr 1995 – 12 noyabr 2000 | |
14 noyabr 1994 – 24 noyabr 1995 | |
26 iyul 2002 – 16 avqust 2011 | |
Əvvəlki | Tamerlan Qarayev |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
30 sentyabr 2004 – 4 noyabr 2006 | |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2023 (75 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | professor, həkim, diplomat |
Həyat yoldaşı | |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Yaşar Tofiq oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb.
Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb.
Yaşar Əliyev 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb.
Yaşar Əliyev 8 dekabr 2023-cü ildə 75 yaşında vəfat edib.[1] Yasamal qəbiristanlığında dəfn olunub.[2]
Rus və ingilis dillərini bilirdi.
1975–1979-cu illərdə Azərbaycan LKGİ Əzizbəyov Rayon Komitəsində II katib vəzifəsində işləmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü, eləcə də YAP Siyasi Şurasının üzvü olub.
Yaşar Əliyev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin sədr müavini olub.
Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində isə 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi növbəti dəfə II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]
2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilib və həmin gün Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 30 sentyabr 2004-cü ildə iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi Koreya və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Yaşar Əliyev ailəli idi, 2 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.