Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi (日本ハワイ移民資料館, Nihon Havay İmin Şiryokan?) – Yaponiyanın Yamaquçi prefekturasının Suo-Oşima qəsəbəsində yerləşən muzey. Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur.
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi | |
---|---|
Açılış tarixi | 8 fevral 1999 |
Mövzu | Havay adaları yaponları |
Ölkə | |
Yerləşir | Suo-Oşima[d] |
33°55′16″ şm. e. 132°12′00″ ş. u.HGYO |
1885–1894-cü illərdə Suo-Oşimadan Havay adalarına 3.913 yapon şəxs miqrasiya etmişdir və onların bir çox davamçısı Havay adalarında yaşamağa davam edir. Muzey yaponların Havay adalarına miqrasiya tarixini və onların yaşadıqları çətinlikləri işıqlandırmaq məqsədilə 8 fevral 1999-cu ildə (ilk yapon miqrant qrupunun Havay adalarına çatdığı 8 fevral 1885-ci il tarixi münasibətilə)[1] açılmışdır. Muzey üçün eksponatların yığılması prosesi 1995-ci ildə başlamışdır.[2]
Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir. O, 1924-cü ildə Suo-Oşimaya qayıtmış və 1928-ci ildə bu binanı tikdirmişdir. Fukumoto binanın tikintisində istifadə olunacaq materiallar üçün özü şəxsən Tayvana getmişdir. Qərb və yapon memarlıq üslublarının vəhdətinə malik binanın tikintisi həmin dövrdə 30.000 yen məbləğinə başa gəlmişdir. Binanın ümumi döşəmə sahəsi 442 m2 təşkil edir.[1]
Muzeydə sərgilənən materialların çoxu Havay adalarından qayıtmış şəxslər və onların ailələri tərəfindən muzeyə bağışlanmışdır. Muzeydə miqrasiya tarixinə aid tarixi materiallar və köhnə sənədlər, Havay adalarında istifadə olunmuş alətlər və məişət əşyaları, fotolar, 1963-cü ildən qardaş adalar olan Suo-Oşima ilə Kauai adası arasındakı münasibətlərə aid materiallar sərgilənir. Havay adalarına miqrasiya haqqında məlumat axtarış guşəsində 130 mindən çox şəxsin səyahət qeydləri saxlanılır. Muzeydə yerləşən kiçik teatrda Havay adalarına miqrasiyadan bəhs edən video nümayiş etdirilir. Muzeydə dükkan da yerləşir.[3]
Muzey Havay adaları ilə Suo-Oşima arasında mübadiə mərkəzi funksiyasını yerinə yetirir. Havay adalarından olan bir çox yaponəsilli şəxs öz əcdadlarının tarixini öyrənmək üçün muzeyi ziyarət edir. Muzeydə tədqiqat işləri də aparılır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.