From Wikipedia, the free encyclopedia
2000-ci ildən bəri Yaponiyada 300-dən çox müxtəlif mövsümi və regional Kit Kat çeşidi hazırmışdır.[1][2] Yaponiyada Kit Kat brendində nəzarət edən Nestle şirkətinin məlumatına görə brend 2012-2014-cü illərdə ölkədə ən çox satan şirniyyat şirkəti Meiji şirkətinə çatmışdır.[3] Şirkətin Japan Post ilə əməkdaşlıq edərək 20.000 poçt ofisində Kit Kat satmaq kompaniyası 2010-cu ildə mükafata layiq görülmüşdür.[4] Brendin adı yapon dilində "Sən mütləq qalib gələcəksən" mənasına gələn "Kitto katsu" (きっと勝つ) kimi səsləndiyindən Yaponiyada insanlar Kit Katı yaxşı uğur gətirməsi üçün də bir-birilərinə verirlər.[5]
Kit Kat ilk dəfə 1973-cü ildə Rowntree's şirkəti ilə Fujiya arasında əldə olunan müqavilədən sonra Yaponiyada satılmağa başlamışdır.[2] 2014-cü ildə isə ölkədə ən çox satılan şirniyyat çeşidi olmuşdir. Hətta 2012-ci ildə Meiji şirkətini satış baxımından keçsə də, Meiji hələ də ümumi satışlarda öndədir.[3]
2004-cü ildə ilk dəfə yaşıl çay çeşidi təqdim olunub.[6] Həmin tarixdən sonra Yaponiyada Kit Katın 300-dən çox mövsümi və regional çeşidi hazırlanıb.[1][2] 2010-cu ildə Kit Katın ən çox satılan çeşidi soya souslu çeşidi olmuşdur. Nestle şirkətinə görə Yaponiyada Kit Kat çeşidlərinin bu cür uğurlu olmasının səbəbi omiyaqe ənənəsidir.[7] Belə ki, səfərlər zamanı insanlar yerli dadları ailələrinə və ya həmkarlarına aparırlar. Şirkətin fikrinə görə məhdud sayda olan mövsümi çeşidlər müştərilərdə "dəyərin nadirliyi və azlığı" hissi oyandırır.[8]
Yaponiyada Kit Katlar Nestle şirkətinin Himeci və Kasumiqaurada yerləşən fabriklərində istehsal olunur. Kit Katlarda istifadə olunan süd süd tozundan əldə olunur, kakao dənələrinin çoxu isə Qərbi Afrikadan alınır.[9]
Yaponiyada Kit Katın marketinqinin uğurlu olmasının səbəbi "Kitto katsu" ifadəsinin yapon dilində "mütləq qalib gələcəksən" mənasına gəlməsi ilə əlaqələndirilir. Yaponiyada tələbələr imtahanlardan qabaq bir-birilərinə uğur gətirməsi üçün Kit Kat verirlər.[2][10][11] Şirkətin "Uğur simvolu" reklam kampaniyası 2005-ci ildə Asiya Brend Marketinq Effektivliyi Mükafatına layiq görülmüşdür.[12]
2009-cu ildə Nestle və Japan Post əməkdaşlığı nəticəsində ölkə boyunca 20.000 poçt ofisində şokoladın üzərinə mesaj yazmaq və göndərmək mümkün olmuşdu. Xüsusi paketə cəsarətləndirici mesaj yazmaq üçün boşluq və marka yapışdırmaq da daxil idi. Xüsusi paketlər cəmi 1 ay ərzində satılıb qurtarmışdır.[13] Kampaniya 2010-cu ildə Kann Şirləti Beynəlxalq Reklam Festivalında baş mükafata layiq görülmüşdür.[4]
2014-cü ildə şef Yasumasa Takaqi tərəfindən The Kit Kat Chocolatory açılmışdır və 2015-ci ildə onun 7 filialı açılmışdır. Şirkətin iddiasına görə 1 milyondan çox müştəriyə xidmət göstərmiş və 2 milyard yendən çox pul qazamışdır.[2] Bu mağazalar moruqlu və qara şokoladlı, portağallı və romlu, sakuralı və yaşıl çaylı kimi çox bahalı çeşidlər satırlar.[2] Takaqinin çeşidlərinin müxtəlifliyi mövsümi məhdullar kimi təqdim olunmuşdur, məsələn, bu çeşidlərə "ərikli, bibərli, zəncəfili, kinako soya tozlu" kimi çeşidlər daxildir.[2] 2016-cı ildə Nestle sake tozu ilə ağ şokoladın kombinasiyasından hazırlanmış sakeli çeşidi təqdim etmişdir.[14]
Bəzi çeşidlər ancaq spesifik regionlarla məhdudlaşmışdır.[4] Bəzi çeşidlər məhdud sayda satılır və ilin sonunda fukubukurolara daxil edilməsi üçün saxlanılır. 2015-ci ildə 500 ədədən tək barmaqlı acı şokolad çubuğu qızıl kağıza bükülərək bahalı dükanlarda 16 ABŞ dolları qiymətinə satışa buraxılmışdır.[7]
Digər əsas çeşidlərə adzuki,[2][15] beni imo (bənövşəyi şirin kartof),[2][15] qəhvəyi şəkər siropu,[2][15] matça (yaşıl çay)[2][16] və soya sousu çeşidləri daxildir.[16][17]
Pronto kafe dükkanı Kit Katlı kruassanlar təqdim etmişdir.[2] Napoli no Kama və Strawberry pizza şəbəkələri 2014-cü ilin martında Kit Katlı desert pizzaları hazırlamışdır.
2018-ci ilin oktyabrında Nestle Osakanın Çuo rayonundakı Namba stansiyasında Kit Kat mağazası açmışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.