Xücənd
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Xücənd (tac. Хуҷанд) — Tacikistanda şəhər. Xücənd şəhəri Suğd vilayətinin mərkəzidir. 1939–1992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Xücənd Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşir. Əhalisini 2014-cü ildə 170 min sakin təşkil edirdi.
Xücənd | |
---|---|
Хуҷанд | |
40°17′ şm. e. 69°37′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 300 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 00 992 3422 |
Poçt indeksi | 735700 |
Digər | |
khujand.tj | |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim tarixçilərin yazılarına əsasən, e.ə. 329-cu ildə Makedoniyalı İsgəndər burada yunan şəhərciyi saldı. Şəhərciyin adı İsgəndəriyyə Esxati, yəni "Uzaq İsgəndəriyyə" idi.[2] Yunanlar buranı skiflərə qarşı bir bastion kimi istifadə edirdilər. Makedoniya padşahlığının dağılışından sonra bu ərazi Yunan-Baxtər dövlətinin tərkibində idi. VIII əsrdə Xücənd ərəblər tərəfindən bərbad olunmuşdur. Sonralar monqol hücumları ilə qarşılaşmışdır. Orta əsrlərin sonunda Xücənd Xuqənd xanlığının tərkibinə girdi. 1866 Rusiya burada müvəkkilliyini təsis etdi, xanlığın muxtariyyatı ləğv olundu. 1929-cu ildə Tacikistan SSR-nın əmələ gəlməsi ilə onun tərkibinə girdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.