From Wikipedia, the free encyclopedia
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər.
Ümumi sayı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
9 milyon [1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Roma Katolik | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur.
1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Birinci Dünya Müharibəsindən sonra Xorvatiya ərazisi panslavyan ideyası altında yaranmış Yuqoslaviya dövlətinin tərkib hissəsinə çevrilmiş, 1939-cu ildən etibarən adı çəkilmiş dövlət çərçivəsində muxtariyyat almışdır.
İkinci Dünya Müharibəsi zamanı Xorvatiya üzərində hakimiyyəti faşist rejimləri ilə geniş əməkdaşlıq edən ultramillətçi ustaşlar partiyası ələ keçirir. Buna cavab olaraq bir çox xorvat Yuqoslaviya Kommunist Partiyasının yaratdığı partizan hərəkatına qoşulmuş, nəhayət ustaşları ölkədən qovmağa nail olub. Müharibə zamanı həyatını itirmiş xorvatların sayı 40 min – 200 min arasında olduğu güman olunur.
Müharibən sonra Xorvatiya 6 respublikanı birləşdirən Yuqoslaviya Federativ Sosialist Respublikasına daxil olmuşdur. Yosip Broz Titonun vəfatından sonra başlamış demokratizasiya dövrü xorvatların da iştirak etdiyi çoxsaylı etnik toqquşmalarla müşayiət olunur.
1990-cı ildə Xorvatiya Respublikası müstəqilliyini elan etmişdir. Bu hadisə yenicə yaranmış dövlətin ərazisinə Yuqoslaviya Xalq ordusunun daxil olmasına səbəb oldu. Baş vermiş müharibədə təxminəm 550 min insan tələf olmuşdur. Yenicə yaranmış Bosniya və Herseqovinada öz dövlətini yaratmağa cəhd edən xorvatların iştirakı ilə daha bir müharibə başlamışdır. Nəticədə əsasən xorvatların məskunlaşdığı ərazilər Bosniya və Herseqovina Federasiyasında yer almışdır.
Hökumətin müharibədən sonrakı siyasət ilk növbədə hərbi münaqişələr zamanı ölkəni tərk etmiş mühacirləri geri qaytarmağa yönəlmişdir. 1995-ci ildə bağlanmış sülhün nəticəsi olaraq qaçqınların əksəriyyəti doğma ocaqlarına qayıtmağa müvəffəq olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.