Xilaskar qan kilsəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur.
Xilaskar qan kilsəsi | |
---|---|
Собор Воскресения Христова (Спас-на-Крови) | |
59°56′24″ şm. e. 30°19′43″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Qriboyedov kanalı №2 |
Layihə müəllifi | Alfred Parland və arximandrit İqnati Malışev |
Tikilmə tarixi | 1883-1907 |
Üslubu | Rus üslubun sonuncu mərhələsi |
Hündürlüyü | 81 m |
Material | kərpic |
Rəsmi sayt | cathedral.ru/spasa_na_kr… |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810507000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir.
Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olunmuş bu layihə bir qədər Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir. Kilsənin tikintisi 24 il davam etmişdir. 19 avqust 1907-ci ildə kilsə təqdis edilmişdir.
1 mart 1881-ci ildə Yekaterina kanalının sahilində terrorçu İqnati Qrinevitskinin hücumu nəticəsində imperator II Aleksandr ölümcül yaralanmışdır.
Artıq mart ayının 2-də Şəhər Duması iclas zamanı taxta yenicə çıxmış imperator III Aleksandrdan "şəhər ictimai rəhbərliyinin vəsaiti hesabına abidə və ya kapellanın inşası" barədə xüsusi tələb etmişdir. İmperator isə cavabında "Kapellanın yerinə gözəl bir kilsənin inşa olunması daha məqsədəuyğun olduğunu" bildirmişdir. Lakin Duma sonda müvəqqəti kapellanın tikilməsi barədə qərar qəbul etmişdir.
Layihənin hazırlanması memar Leonti Benuaya həvalə olunmuşdur. Tikinti işləri sürətlə aparılırdı, belə ki, 17 aprel 1881-ci ildə kapella təntənəli şəkildə təqdis olunur və burada yaddaqalan bütün anma mərasimləri keçirilməyə başlanılmışdır. Duma tikinti işlərinə heç bir vəsait ayırmamışdır: kapellanı gildiya taciri Qromov inşa etmiş, tikinti işlərinin xərclərini isə gözətçi qismində inşaatda çalışan tacir Militin öz üzərinə götürmüşdür. Bu kapella kanalın sahilində əsl kilsənin tikintisinə kimi - yəni 1883-cü ilin yaz aylarına qədər qorunub saxlanılmışdır. Daha sonra isə kapella Axır meydanına köçürülmüş və orada sökülənə qədər düz 9 il qalmışdır.
Qətl hadisəsindən dərhal sonra, II Aleksandrın xatirəsini əbədiləşdirmək üçün komissiya yaradılmış və ən yaxşı kilsə layihəsi üçün müsabiqə elan edilmişdir. Müvafiq olaraq günorta, 31 dekabr 1881-ci ildə 26 anonim layihə artıq təşkil edilmişdir. Onlar arasında İ.S. Kitner, İ.S. Boqomolov, V.İ. Şreter, A.L. Hun, L.N. Benua kimi zamanın bir çox məşhur memarları da müsabiqəyə cəlb olunmuşdur. Komissiya yalnız 8 layihəni seçmiş və onlar içərisində A.L. Tomişkonun "Vətən Ata" adlı Rusiya-Bizans üslublu kilsə proyektini qalib iş olaraq qəbul etmişdir. İkinci mükafata alimlər İ.S. Kitner və A.L. Hunun "1 Mart, 1881", üçüncü mükafata isə L.N. Benuanın layihəsi layiq görülmüşdür. 23 mart 1882-ci ildə layihələr Qatçinada imperator III Aleksandra nümayiş etdirilmiş, lakin onların heç biri təsdiq olunmamışdır. İmperator tikiləcək kilsənin özündə rus memarlığını, xüsusilə də Yaroslavl memarlıq məktəbinin xüsusiyyətlərini özündə mütləq şəkildə əks edilməsi barədə qərar almışdır. Bundan başqa, imperatorun ölüm yeri kilsə kompleksinin tərkibində kapella ilə bitkin şəklə salınmalı idi.
Tezliklə ikinci müsabiqə başladı. 28 aprel 1882-ci ildə Komissiya üzvləri 31 ən yaxşı layihənin seçilməsinə başlamışdır. Bu dəfə namizədlərin siyahısına Robert Gedike, Albert Benua, Andrey Pavlinov, Roman Kuzmin, Aleksandr Ober, Nikolay Sultanov, leksandr Rezanov kimi yeni böyük adlar qatılmışdır. Bütün bu layihələr də III Aleksandr tərəfindən rədd edilmişdir. Layihə inkişaf etdirildikdən sonra, müsabiqədə memar Alfred Parland və Sergiyev lavrının rahibi İqnatius (Malışev) qalib gəlmişdirlər[1]. Bu layihə Professor D. Qrimmin şəxsi nəzarəti altında başa çatacağı şərti ilə 29 iyul 1883-cü ildə imperator tərəfindən təsdiq edilmişdir. Layihənin yekun variantı yalnız 1 may 1887-ci ildə təsdiq edilmişdir. Kilsənin yaradılmasında professor A.A. Parland memar V.İ. Fidelli və D.A. Orexov; rəssam N.K. Bodarevski; mozaika ustası V.A. Frolov və Fyodorov iştirak etmişdir.
Kilsənin təntənəli əsası 1883-cü ilin oktyabr ayında qoyulmuşdur. Böyük knyaz Vladimir Aleksandroviçin rəhbərlik etdiyi məbədin inşa komissiyasına, tikinti zamanı məsləhətlər verən və layihəyə düzəlişlər edən memarlar D. İ. Qrimm, R. A Qedike, E. İ. Jiber, R. B. Bernqard daxil idi; layihənin yenidən işlənməsində İ. V. Ştrom yaxından iştirak etmişdir və hazırda mövcud olan məbədin layihəsinə onun böyük təsirinin olmuşdur[1].
Mozaika işlərinin təqdis edilməsi, on il yubanmadan sonra 6 (19) avqust 1907-ci ildə (İkinci Xilas olma kimi tanınan Hakimin dəyişilməsi günündə) mitropolit Antoni (Vadkovski) tərəfindən imperator II Nikolay və ailə üzvlərinin iştirakı olmadan həyata keçirilmişdi. Bütün tikinti işləri 4,6 milyon rubla başa gəlmişdir. 27 aprel 1908-ci ildə mitropolit Antoni kilsənin yaxınlığında yerləşən və II Aleksandrın ölüm xatirəsinə ikonların toplandığı İveriya kapellasını təqdis etmişdir[2]. Məbədin tikintisi zamanı yeni texnologiyalar aktiv tətbiq edilmişdir, bina tamamilə elektrikləşdirilmişdir. Kilsəni 1689 elektrik lampası işıqlandırırdı. XX əsrin əvvəlində Xilaskar qan kilsəsi ətrafındaki ərazi yenidən qurulmuşdur.
Sankt-Peterburq şəhərində yerləşən Xilaskar qan kilsəsi, İsaak kafedralı ilə yanaşı dövlət dəstəyində olan yeganə kilsə idi[3]. Kilsə Daxili İşlər Nazirliyinin nəzdində idi və kütləvi ziyarət üçün nəzərdə tutulmamışdır. Onun daxilində II Aleksandrın xatirəsinə həsr olunmuş fərdi liturgiyalar,gündəlik vaizlər və müxtəlif mərasimlər keçirilirdi.
6 sentyabr 1907-ci ildə Sankt-Peterburq və Ladoga mitropoliti Antoni (Vadkovski) öz qətnaməsində Professor P.İ. Leporskini kafedral başçısı təyin etmişdir. Leporski tezliklə presviterliyə, 14 oktyabr 1907-ci ildən isə protoiyerey vəzifəsində təyin edilmişdir[4].
1909-cu ildən kilsənin klirik və daha sonralar kilsə rahibi vəzifəsinə, 1927-ci illərdə Leninqradda İosiflyan hərəkatının fəal tərəfdaşlardan birinə çevriləcək Prof. Vasili Veryujski təyin olunmuşdur[4].
1917-ci ildə kilsənin saxlanılması üçün dövlət vəsaitlərin çatdırılması dayandırılmışdır. 1922-ci ilin iyul ayından 1923-cü ilin 5 iyul tarixindək kilsə Peterhof yepiskopu Nikolayın (Yaruşeviç) tabeliyində olan "Petroqrad avtokefaliyasının" tərkibində idi[5].
1927-ci ildən başlayaraq, tamamilə bağlanmasına kimi, kilsə müxalif yönümlü İosiflyan hərəkatının mərkəzi kafedralı sayılırdı.
Nəhayət 30 oktyabr 1930-cu ildə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti kilsənin bağlamaq qərarına gəlir.
1931-ci ilin noyabr ayında Dini Abidələr üzrə Regional Komitə Kilsənin sökülməsi barədə qərar qəbul etmiş, lakin bu problemin həlli qeyri-müəyyən müddətə təxirə salınmışdı. 1938-ci ildə məsələ yenidən ortalğa qoyularaq müsbət həllini tapmışdır, ancaq Böyük Vətən müharibəsinin başlanması ilə şəhərin rəhbərliyinin qarşısında kifayət qədər digər məsələlər baş qaldırmışdır. Blokada illərində kilsədə meyitxana yerləşirdi; bura həlak olmuş Leninqrad sakinləri gətirilirdi. Müharibədən sonra kilsə binasını Kiçik Opera Teatrı icarəyə götürür.
1961-ci ildə kilsənin mərkəzi günbəzində Alman partlayıcı mərmisi aşkar edilmişdir. Mərmi yəqin ki, künbəzə dəyərək, tavanın arasında ilişib qalır. 18 il müddətində çatın tirləri arasında heç kim tərəfindən görünməyən mərmi təsadüfən elmi-istehsalat bərpa seminarlarında çalışan kəlləçarxçılar tərəfindən aşkar edilmişdir. Araşdırma nəticəsində, mərminin təxminən 150 kq ağırlığında və 240 mm yüksək fuqas partlayıcı olduğu müəyyən edilmişdir. Onun zərərsizləşdirilməsi keçmiş piroteknik V.İ. Demidovun rəhbərliyi altında, 28 oktyabr 1961-ci ildə başlamışdır. Əməliyyatı həmçinin altı nəfər - kəlləçarxçı Yevgeni Kasyanov, Vyaçeslav Korobkov, Vladimir Mayorov, Aleksandr Matskeviç, Vladimir Smirnov və keçmiş sapyor Valentin Nikolayev həyata keçirmişdir. Bu çox unikal əməliyyat idi və ona qatılan üzvlər arasında nəinki ustalıq, həm də qeyri-adi özününəzarət və cəsarət tələb edirdi. Mərmi bucurğadın köməyi ilə çıxarılaraq, Pulkovo yüksəklikliyi yaxınlığında məhv edilmişdir[6][7].
1968-ci ildə kafedral kilsə Baş Planlaşdırma Təşkilatının Abidələrin Müdafiəsi üzrə Dövlət Müfəttişliyinin qoruma altına alınmış və 20 iyul 1970-ci ildə keçmiş Xilaskar qan kilsəsinin binasında "Müqəddəs İsaak kafedralı" muzeyinin filialının təşkil olunması barədə qərar alınmışdır. Memorial kilsənin muzey balansına köçürülməsi 12 aprel 1971-ci ildə başladılmışdır. Bu hadisədə "Müqəddəs İsaak kafedralı" muzeyinin direktoru Georgi Butikov böyük rol oynamışdır. O zamana qədər kafedral yararsız vəziyyətə düşmüşdür və təcili olaraq bərpası tələb olunurdu.
1970-ci ildə mühəndis və tikinti işləri aparılmış, interyer bəzəklərinin bərpası üçün bir çox işlər görülmüşdür. Kilsənin birbaşa bərpa olunması 80-ci ilin əvvəllərində başlamışdı; restavrasiya işlərinin ilk mərhələsi 1997-ci ildə sona çatmışdı.
19 avqust 1997-ci ildə, təqdisolunmadan düz 90 il sonra "Xilaskar qan kilsəsi" memorial muzeyi ziyarətçilərə açılmışdı.
23 may 2004-cü ildə Sankt-Peterburq mitropoliti Vladimir (Kotlyarov) tərəfindən kilsədə 70 ildən bu yana ilk dəfə liturgiya oxunmuşdu.
Kilsənin memarlığı təkamül prosessində "Rus üslubunun" ən son mərhələsinin gözəl nümunəsi sayılır. Kilsə binası özündə XVI-XVII əsrlərdə Moskva və Yaroslavlda inşa olunmuş memarlıq nümunələrinə istiqamətlənərək toplu və harmonik ifadə yaradır. Xilaskar qan kilsəsinin xarici görünüşünə Moskvadakı Vasili Blajennı kilsəsi böyük təsir göstərmişdi.
Kilsə kompozisiyasının əsasını 5 gübbənin fundamentini təşkil edən çetverik (yəni dördlük) və mərkəzi günbəz yerini 81 metr hündürlüyə malik çadır tutur. Ümumilikdə Xilaskar qan kilsəsini 9 günbəz taclayır; bir hissəsi kaşı və qızıl elementlərlə istifadə olunan qünbəzlər özlərində unikal və asimmetrik koloritli qrup yaradır. Səkkizbucaqlı çadırın əsasında, onun divarlarında kokoşnik formalı səkkiz uzunsov arxitrav pəncərələr var. Yuxarıda fənərlə tamamlanan və səkkiz pəncərə çıxıntısı olan soğanaq çadır formalı gümbəz vardır. Gümbəz bir-birinə dolanmış ağ, sarı və yaşıl rəngli emalla boyanmış və simmetrik kompozisiya əmələ gətirmişdir. Rəngli emallar amma fərqli nümunələr ilə bütün dörd qübbəni əhatə edir. Bu günbəzlər özlərindən daha kiçik bir ölçüsü olan alçaq baraban üzərində yerləşir. Kafedralın qərb hissəsində günbəzlə tamamlanan zəng qülləsi yerləşir. Zəng qülləsinin sütunla ayrılmış səkkiz tağvari açılışı var. Ölçüləri kiçik olan digər 3 qünbəz kilsənin şərq hissəsində yerləşir.
Məbədin interyeri 7065 kvadrat metr ərazini əhatə edən həqiqi mozaika muzeyidir. Mozaikalar V.M. Vasnetsov, F.S. Juravlyov, M.V. Nesterov, A.P. Ryabuşkin, V.V. Belyayev və N.N. Xarlamov kimi 30-dan çox rəssamların eskizləri əsasında V.A.Frolovun emalatxanasında yaradılmışdır. Xilaskar qan kilsəsinin mozaika ekspozisiyası Avropada ən böyük kolleksiyalardan biridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.