Misir fironu From Wikipedia, the free encyclopedia
Xeops (Xufu[1][2] və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir.[3]
Xeops | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. XXVII əsr |
Vəfat tarixi | e.ə. 2566 |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi |
Atası | Sneferu |
Ailəsi | Dördüncü sülalə |
Vikianbarda əlaqəli mediafayllar |
Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir.[4] Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.[3] Hər halda, Xeops bu proseslə misirliləri yükləmiş və tanrıların məbədlərini bağlamışdır. Xeopsun hakimiyyəti dövründə dini tikililər məbədlər deyil, kral qəbiristanlıqları rolunu daşımışdır. Alimlərə görə, Xeopsun dövründə günəş tanrısı Ranın ətrafında ümumi kult yaranmışdı.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.