Virtual pandemiya From Wikipedia, the free encyclopedia
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası[1] – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi.
"Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır.
Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Pandemiya 13 sentyabr 2005-ci ildə başlayıb. Həmin gün Blizzard oyuna Zul'Gurub adlı yeni basqın əlavə etmişdi. Basqının son bosu Ruhsoyan Hakkar oyunçulara "Xarab qan" adlı yoluxucu debaff tədbiq edə bilirdi. Oyunçu bu debaffın təsiri altında ikən həmin bölgədə başqasına yoluxdura bilərdi. "Xarab qan" aşağı səviyyəli oyunçuları saniyələr içərisində öldürürdü, lakin yüksək səviyyəli oyunçular sağ qalırdı.
Proqramşlaşdırma diqqətsizliyi ucbatından oyunçuların oyunda saxladığı virtual ev heyvanları da bu debaffa yoluxa bilirdi və oyunçu heyvanı buraxanda "Xarab qan" effektini itirmirdi. Qeyri-oyunçu personajlar da bu debaffa yoluxa bilirdilər və oyunçulara yoluxdura bilirdilər. Nəticədə, bütün oyunda "Xarab qan" pandemiyası başlamış, şəhər küçələrində yüzlərlə oyunçu ölməyə başlamışdır. Oyunda ölüm daimi olmadığı üçün oyunçular öldükdən sonra dirilə bilirdilər,[2] lakin ölmək oyunçu üçün sərfəli deyildi.[3]
Pandemiya boyunca oyunun normal geympleyi də pozulmuşdur. Oyundakı əsas şəhərlər boş qalmış, oyunçular şəhərkənarı yerlərdə vaxt keçirməyə başlamışdırlar.[4]
Oyunçuların reaksiyası real dünyadakı davranışlarla oxşarlıq təşkil etmişdir. Sağaltma bacarığına malik oyunçular digər oyunçulara könüllü kömək etməyə çalışmış, aşağı səviyyəli oyunçular infeksiyalı yerlərdən uzaq durmuş, bəzi oyunçular isə "Xarab qan"ı qəsdən yaymağa çalışmışdılar.[5] Blizzard pandemiyanı dayandırmaq üçün virtual karantinalar tətbiq etməyə çalışsa da, oyunçular çoxu bunu ciddiyə almadığı üçün uğursuz olmuşdur.
Nəhayət bir aydan sonra Blizzard serverlərə sərt resetlər tətbiq edərək düzəlişlər etməyə məcbur olmuşdur. Pandemiya 8 oktyabr 2005-ci ildə başa çatmışdır: Blizzard oyundakı ev heyvanlarının "Xarab qan"a yoluxmasının qarşısını almışdır.[2]
Pandemiya başlayanda "World of Warcraft" 2 milyon oyunçu tərəfindən oynanılırdı.[6] Əvvəlcə bu pandemiyanın Blizzard tərəfindən qəsdən başladıldığı güman edilirdi.[2] Blizzard forumlarında bu hadisənin əsl fantastik dünya hadisəsi olması barədə müzakirələr getmişdir. İnsidentin başlamasından sonra bir çox yeni oyunçu şirkətə şikayət yazaraq oyunda dərhal öldüklərini bildirmişdilər. Bəzi oyunçular isə problem həll olunana qədər oyunu tərk etmişdirlər.[7]
Pandemiyanı qəsdən yaymağa çalışan oyunçular isə "World of Warcraft" dünyasının terroçuları kimi təsvir edilmişdirlər.[8]
İnsidentdən sonra oyununun dizayneri Cefri Kaplan qeyd etmişdir ki, bu hadisə real hadisələrə əsaslanan tədbirlərin oyuna əlavə edilməsi üçün onlara ilham vermişdir.[9] Oyunun müstəqil təhlükəsizlik məsləhətçisi Brayan Martin isə real həyatda olduğu kimi onlayn oyunlarda da gözlənilməz hadisələr baş verə biləcəyini vurğulamışdır.[8]
Epidemioloqlar bu insidenti öyrənərək 2020-ci ildə başlayan COVID-19 pandemiyası ilə müqayisələr aparmış, koronavirusun yayılmasını daha yaxşı başa düşməyə çalışmışdırlar.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.