Xanabad (Yevlax)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Xanabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Xanabad | |
---|---|
40°47′32″ şm. e. 47°10′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Düzənlikdədir. XIX əsrdə Şəki əyalətinə məxsus olmuşdur. Yaşayış məntəqələri vaxtilə Qarabağ xanlarına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır.[1]
1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. 2023-cü ildə Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib. Üç mərtəbəli 4 korpusdan ibarət olan yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.[2]
Mingəçevir su anbarının ətrafında yerləşir. Kəndin sakinləri əsasən bostançılıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur.
1824-cü ildə Şəki əyalətinin Ərəş mahalının Xanabad kəndində 56 ev, 356 əhali siyahıya alınmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.