From Wikipedia, the free encyclopedia
Volqaboyu, Volqaboyu rayon(region) – Volqa çayı hövzəsində coğrafi vilayət:
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Regionun sahəsi — 536,4 min. km²., əhalisi — 16 mln 787 min adam.
Orta sıxlığı – 1 kvadrat km -ə 31 adam, xüsusi ilə Samaria vilayəti, Tatarıstan, Saratov
vilayətinin əhalisi sıxdır.
Milli strukturda indi demək olar ki hər yerdə(Kalmıkiya və Tatarstandan başqa) ruslar üstünlük təşkil edir. Eləcə də kompakt yaşayan tatarların payı (16%), çuvaş və mordvaların(müvafiq olaraq 2 və 3%) xeylidir.
Volqaboyunun urbanizasiya səviyəsi 73% təşkil edir, həm də əhali əsasən milli respublikaların paytaxtlarında və iri sənaye şəhərlərində cəmləşir. Rayon xeyli əmək resurslarına malikdir. Onun əhalisi, həm də əsasən miqrantların gəlişi hesabına, artır.
Volqaboyu Volqa çayı boyu, müasir Rusiyanın Avropa və Asiya hissələri arasında geniş zolaq şəklində yerləşir. Rayonun müasir əhalisi diyarın çoxəsrlik qəliz kolonizasiya tarixi nəticəsində formalaşıb. Köklü əhalisi – çuvaşlar, marilər və mordvalardır. Sonralar burada bulqarlar, qıpçaqlar, monqollar, noqaylar məskunlaşıb. 15-ci əsrin sonu – 16-cı əsrin əvvəlindən Volqaboyu ərazilərin işğal edilməsi əvvəl Rus, sonra isə Rusiya dövlətlərinin əsas məqsədlərindən olub. Məntəqənin (Volqoqrad, Samara, Sarataov) kimi bir çox iri şəhərləri Volqa təbii hüdudunda rusları tatarlardan qoruyan qalalar kimi yaranıb. Tarixən ancaq bilavasitə Volqaya bitişik ərazilər Volqaboyu sayılırdı. Müasir inzibati mənada, Volqaboyu anlayışı altında Rusiya Federasiyasının Volqa çayının orta və aşağı axarında yerləşən: Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri, Tatarstan Respublikası və Kalmıkiya anlaşılır.
Volqaboyu rayon demək olar ki 1,5 min km Volqa boyunca, ona sol qolu Kama qovuşandan Xəzər dənizinə qədər uzanır. İqtisadi-coğrafi baxımdan əlverişlilik Volqaboyu rayonunun yüksək inkişaf etmiş Volqa-Vyatka, Mərkəzi-Çernozemnı, Ural, Şimali-Qafqaz iqtisadi rayonları, eləcə də Qazaxıstanla əlaqələrindən irəli gəlir. Dəmir, avtomobil və çay yollarının sıx şəbəkəsi Volqaboyunun başqa rayonlarla sıx əlaqəsini təmin edir. Daşınmaların mühüm hissəsi, rayonun "nəqliyat karkası" olan Volqa-Kama hövzəsinin payına düşür. Kənd təsərrüfatı üçün münbit təbii şərait və zəngin faydalı qazıntılar(neft, qaz) təsərrüfat kompleksinin inkişafı üçün baza yaradır. Volqaboyu daha çox şərqə və qərbə tərəf açıqdır, buna görə yükdaşımalarının əsas hissəsi bu ərazidən keçir. Volqao-Kama su yolu Xəzər, Azov, Qara, Baltik və Ağ dənizlərə çıxış imkanı verir. Zəngin neft və qaz yataqları, bu ərazidən keçən(məsələn"Drujba") boru kəmərlərinin istifadəsi də bu rayonun üstünlüklərindəndir.
Rayonun zəngin torpaq (Rusiyanın əkin yerlərinin 1/5) və su ehtiyatları var. Ancaq Aşağı Volqaboyu üçün, əkinlər üçün məhvedici səmumlarla müşayət olunan quraqlıqlar səciyəvidir. Rayon faydalı qazıntılarla zəngindir. Burada neft, qaz, kükürd, süfrə duzu, tikinti materialları üçün xammal hasil edilir. Sibirdə kəşf olunan neft yataqlarına qədər, Volqaboyu neft və qaz ehtiyatına və hasilatına görə ölkənin birincisi idi. Hal hazırda bu növ xammalın hasilatına görə Qərbi-Sibirdən sonra ikinci yer tutur, Volqaboyunun neft ehtiyatları xeyli tükənib. Buna görə onun Rusiya üzrə kütlə payı cəmi 11% və getdikcə də azalır. Neftin əsas ehtiyatları Tatarstanda və Samara vilayətində, qazın isə -Saratov və Volqoqrad vilayətlərində yerləşir. Qaz sənayesinin perspektivləri Həştərxan qaz-kondensat yatağı ilə (dünya ehtiyatlarının 6%) bağlıdır.
Hal hazırda Volqaboyu –Rusiyanın ən sıx yaşayış və yararlı rayonlarından biridir. Əhalinin sayı −16,9 mln.nəfərdir, yəni rayonun xeyli əmək resursları var. Volqaboyunda əhali yetərincə sürətlə artır, bu əsasən yüksək təbii artım(1,2 nəfər) nəticəsində deyil, amma xeyli dərəcədə miqrasiya hesabına olur. Əhalinin kv km -ə olan orta sıxlığı −30 nəfərdir, lakin o bərabər bölünmür. Əhalinin yarısından çoxu Samara, Saratav vilayətlərinin və Tatarıstanın payına düşür. Samara vilayətində əhalinin sıxlığı ən yüksəkdir −61 nəfər 1 kv km -ə, Kalmıkiyada isə minimaldır (4 nəfər 1 kv km-ə) Volqaboyu çoxmillətli olsa da, əhalinin strukturunda ruslar daha çoxdur (70% yaxın). Tatarlar 16%. Çuvaşlar və marilər. Tatarıstan respublikasının əhalisinin sayı 3,7 mln nəfərdir(30% ruslardır) İnqilabdan əvvəl Volqavoyu sırf kənd təsərrüfatı rayonu idi. Şəhərlərdə cəmi 14% əhali yaşayırdı. İndi bura Rusiyanın ən şəhərləşmiş rayonlarındandır. Şəhərlərdə və şəhər tipli qəsəbələrdə bütün əhalinin 73% yaşayır. Şəhər əhalisinin böyük əksəriyyəti vilayətlərin , milli respublikaların mərkəzlərində və iri sənaye şəhərlərində cəmləşib. Volqaboyunda 90 şəhər var. Onların arasında üç millioner şəhər var –Samara, Kazan, Volqoqrad. Bununla belə praktiki olaraq bütün böyük şəhərlər (Penzadan başqa) Volqa sahillərindədir. Volqaboyunun ən iri şəhəri Samarskoye Lukada yerləşən – Samaradır. Ətrafındakı qəsəbələrlə birlikdə o iri sənaye qovşağı yaradır.
Rayonun sənaye bazası İkinci dünya müharibəsi illərində, buraya 300-dən artıq sənaye müəssisəsi köçürüləndən sonra təkan aldı, və bu gün də bir çox göstəricilərə görə Volqaboyu qonşuluqda yerləşən Mərkəzi və Ural kimi industrial rayonlardan geri qalmır. 1995-ci ildə sənayenin və kənd təsərrüfatının toplam brutto məhsuluna görə Rusiyada rayon (Mərkəzi, Ural və Qərbi-Sibirdən sonra) dördüncü yerdə idi. Onun payına Russiyanın toplam brutto məhsulunun 13,1% düşürdü. Volqaboyu Rusiyanın, eksport istehsalı ən çox inkişaf etmiş əsas kənd təsərrüfatı rayonlarından biri olaraq qalır. 1995-ci ildə rayondan olan eksport çatdırılmasının həcmi rublla 20, 8 trln(daxili Rusiya qiymətləri ilə), yəni bütövlükdə RF –nin analoji göstəricilərinin 11,6% təşkil etdi. Qeyd etmək lazımdır ki, Volqaboyunun eksportu ilə importunun nisbəti 4:2, ümumiyətlə Rusiyada isə 3:2 bərabərdir. Baxmayaraq ki, Volqaboyunun xalq təsərrüfatı kompleksində sənaye üstünlük təşkil edir, kənd təsərrüfatı da rayonun əsas xalq təsərrüfatı sahələrindən biri olara qalır. Məcmu brutto məhsulun sənayeyə düşən payı 70–73%, kənd təsərrüfatına düşən payı −20–22% başqa sahələrə 5–10%.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.