Vladimir Ollonqren 19 aprel 1867-ci ildə Kolomna şəhərində hərbçi ailəsində doğulmuşdur. 1872-ci ildə Vladimir Ollonqrenin 5 yaşı olarkən atası vəfat etmişdir. Anası Aleksandra Petrovna oğulları Pyotr, Konstantin, Vladimir və qızı Yelizavetə ilə illik 100 rublluq pensiya ilə Kolomna şəhərindəki Pskovski küçəsi 15 adresində tək qalmışdır.
Aleksandra Petrovna Yekaterin Universitetindən dostu olan xanım Neydqart tərəfindən Neydqartın rəhbəri olduğu Kolomna Qadın Gimnaziyasının 4-cü sinifləri üçün aylıq 30 rubl maaşla sinif rəhbəri vəzifəsinə işə götürüldü.
1875-ci ilin may ayında Kolomno Qadın Gimnaziyasının buraxılış sinifləri II Aleksandrın həyat yoldaşı imperatriça Mariya Aleksandrovnaya nümayiş etdirilmişdir. Bu nümayiş də Aleksandra Petrovnanın da başçısı olduğu sinfi iştirak etmişdir. Nümayişdə Aleksandra Petrovna şahzadə Aleksandrın (çar III Aleksandr) həyat yoldaşı Mariya Fyodorovnanın diqqətini cəlb etdi. Mariya Fyodrovna Aleksandra Petrovnaya 2 oğlunun (Nikolay və Georgi) ilkin təhsili və tərbiyəsi ilə məşğul olmaq üçün ayda 2000 rubl maaşlı, pulsuz yaşayış yerli və yemək daxil olan iş təklifi etdi. Anna Petrovna tərəddüd etsə də, zabitlər işin əvvəlki tərbiyəçi hərbçilərdən fərqli olaraq Anna Petrovnanın ali təhsilli olduğu üçün əlifba və vurma cədvəlini öyrətməyin çətin olmayacağını söylədi. Anna Petrovna taxt varisinin tərbiyəçisi olmasının çətin olacağını qeyd etsədə, təklifi qəbul etmişdir.[1]
Vladimir Ollonqren şahzadə Nikolay (gələcək çar II Nikolay) və qardaşı Georgi Aleksandroviç ilə birlikdə təhsil və tərbiyə almağa başlamışdır.[2] Vladimir Ollonqren 1876–1879-cu illərdə şahzadələrlə birlikdə sarayda yaşamışdır. Ona ilk təhsilini anası vermişdir.
Anna Petrovna tərbiyəçilik vəzifəsini başa vurandan sonra Vasileoostrovski Qadın Gimnaziyasının rəhbəri təyin edilmişdir.[3] Şahzadə Nikolayın təklifi ilə Vladimir Ollonqren Pskov Kadet Korpusunda, bacısı isə Pavlovsk Universitetində təhsil almağa göndərilmişdir.
İmperatorun qərarı ilə 31 oktyabr 1877-ci il tarixində Ollonqren qardaşlarının adları Əsilzadələrin Şəcərə Kitabına daxil edilərək əsilzadə elan olundular.[4]
Mühacirət
1920-ci ilin noyabr ayının ortalarında xanımı Yelena Qurskaya ilə birgə Vranqelin ordusu ilə mühacirət etmişdir.
Mühacirətdə Fransada yaşayan Vladimir Ollonqren orada Nitsa şəhərində yaşamışdır. Ölümündən əvvəl orada rus mühacirlər üçün açılmış Rus Evi yataqxanasında yaşamışdır.
Vladimir Ollonqren 1943-cü il 4 avqustda vəfat etmişdir. Cənazəsini baş keşiş Boris Stark oxumuşdur. Paris regionun Sent Jenevyev de Bua şəhərindəki Rus Evi yaxınlığındakı Sent Jenevyev de Bua qəbiristanlığında dəfn olunmuşdur.[5]
Pskov Kadet Korpusunun 7 illik təhsilini bitirdikdən sonra 8 fevral 1884-cü il tarixində Vladimir Ollonqren Varşava Yunker Piyada Məktəbində təhsilinə davam etmişdi. 20 aprel 1887-ci ildə 37-ci Yekaterinburq Piyada Alayından podporuçik rütbəsi alaraq məzun olmuşdur. 20 aprel 1891-ci ildə poruçik, 1896-cı ildə kapitan (bəzi mənbələrə görə 6 may 1901) rütbəsi almışdır.[5]
Vladimir Ollonqren 1896-cı ildə Sankt-Peterburqdakı Baş Qərargahın kargüzarlıq şöbəsində çalışmağa başlamışdır. Rusiya imperiyası əhalisinin ilk siyahıya alınmasında fəal iştirak etmişdir.[5]
Vladimir Ollonqren 11 noyabr 1902 tarixindən 1916-cı ilədək Sevastopol qalasında komendantı və qərargah zabiti vəzifəsində çalışmışdır. Vladimir Ollonqren 26 fevral 1909-cu il tarixində Sevastapol qalasının qərargah rəisi təyin olunmuşdur. Həmçinin o, 1910-cu ildə Sevastapolun komendantı təyin olunmuşdur.[5]
1909-cu ildə Vladimir Ollonqren podpolkovnik rütbəsinə yüksəldi. Bu haqda sənəd 26 fevral 1909-cu ildə elan olunmuşdur. 1913-cü ildə isə o polkovnik rütbəsinə yüksəlmiş və 31 dekabr 1912-ci ildə bu haqda sənəd elan olunmuşdur.[5]
1916-cı ildə polkovnik rütbəsi ilə Qafqaza göndərilmişdir.[5]
Vətəndaş müharibəsi zamanında Vladimir Ollonqren Vəhşi diviziyada xidmət etmiş və Stavrapol quberniyasının rəisi vəzifəsinə qəbul olundu. 1919-cu ilin iyul-avqust ayları arasında Sevastopolda fəaliyyət göstərmişdir.[5]
General Tomson Bakıya gələrkən onu rus zabitləri adından Vladimir Ollonqren qarşılamışdı.[6] 1920-ci ilin noyabrında isə Vrangelin ordusuna qoşulmuşdur.
Vladimir Ollonqren 1916–1917-ci illərdə Bakı Şəhər İdarəsi rəisi Georgi Kavalyovun müavini vəzifəsində işləmişdir.
Buxara əmirliyinin 1-ci dərəcəli "Gümüş Ulduz" ordeni
Buxara əmirliyinin 2-ci dərəcəli "Qızıl Ulduz" ordeni
Atası Konstantin Petroviç Ollonqren — Kyummen şəhərində Petrovsk Piyada Alayının mayoru Pyotr Abraham Ollonqrenin ailəsində anadan olmuşdur. 13 yaşında Finlandiya Kadet Korpusuna daxil olmuşdur, 1853-cü ildə poruçik rütbəsi ilə 1846 saylı əmrlə Sankt-Peterburqdakı 2-ci Kadet Korpusuna rəhbər təyin edilir. Həmin il ona ağciyər xəstəliyi diaqnozu qoyuldu. 1855-ci ildə poruçik Ollonqren Aleksandra Okonişnikova ilə tanış olmuş, 19 yanvar 1858-ci ildə isə ailə həyatı qurmuşdular. 1863-cü ildə Konstantin Ollonqren 1-ci Pavlovsk Kadet Korpusuna, sonra 3-cü Pernovsk Əlahəzrət Prussiya Kralı qrenader alayına təyin olundu. 1867-ci ildə kapitan rütbəsinə yüksəldi və Əlahəzrət Yekaterinanın leyb-qrenader alayına təyin olundu. 13 yanvar 1874-cü il tarixində vərəmdən vəfat etmişdir. Smolensk qəbiristanlığında dəfn olunmuşdur.
Anası Aleksandra Petrovna Ollonqren (Okonişnikova) — Yekaterina Universitetinin məzunu və tərbiyəçisi, 1-ci dərəcəli Georgi ordeni kavalerinin qızı olmuşdur. Kiçik qardaşlarının təlim aldığı 2-ci Kadet Korpusuna tez-tez baş çəkmiş və burada Ollonqren ailəsi ilə tanış olmuşdur. 1858-ci ildə Vladimir Ollonqren ilə ailə həyatı qurmuşdur, 1858-ci ildə Pyotr, 1860-cı ildə Konstantin, 1862-ci ildə Yelizaveta, 1867-ci ildə isə Vladimir dünyaya gəlmişdir. Şahzadələrin tərbiyəsini tamamladıqdan sonra Vasileostorvsk Qadın Gimnaziyasının rəisi təyin olunmuşdur. Oradakı Ehtiyaclı Şagirdlərə Yardım Cəmiyyətinin sədr müavini seçilmişdir. 1896-cı ildə II Nikolay gimnaziya tabeliyinə bina verdi. Bu binanın yaxınlığında, Vasilyevsk adası 9-cu sıra, 6 adresində Aleksandra Petrovna yaşayırdı. Aleksandra Petrovna ərinin yanında, Smolensk qəbiristanlığında dəfn olunmuşdur.
Qardaşı Pyotr Konstantinoviç Ollonqren — Pskovsk Kadet Korpusunda təhsil almışdır. Səhhətindəki problemlərə görə 24 yaşında təqaüdə çıxdı və Çerniqovski quberniyasının Novoqorod-Severskom qəzasında yaşadı.
Qardaşı Konstantin Konstantinoviç Ollonqren — Rütbə cədvəlində general rütbəsinə uyğun gələn tibb şöbəsinin dövlət müşaviri oldu. Vasilievski adasında 5-ci sətir 34 adresində yaşamışdır.
Bacısı Yelizaveta Konstantinovna Ollonqren — Pavlovsk İnstitutunda təhsil almışdır, 20 yaşında zabit Lıva Fyodroviç Savalyovla evlənmişdir.
Həyat yoldaşı Klavdiya İliçnova Simanova — Vladimir Ollonqrenin ilk xanımıdır və onunla 20 iyul 1897-ci il tarixində Yekaterinburq kafedralında evlənmişdir. Evlilikdən sonra Peterburqda Kiçik İtaliya küçəsi 10, daha sonra isə Morski küçəsi 16 adresində yaşamışdırlar. Bu evlilikdən onların Nina və Alksandr adlı oğulları doğulmuşdur. 1913-cü ildə cütlük boşanmışdır.[5]
Həyat yoldaşı Yelena Vasilyevna Qurskaya (Ollonqren) — Vladimir Ollonqrenin ikinci xanımı, donanma general-mayoru Vasili Vasilyeviç Kukuranın qızı. 2 sentyabr 1878-ci ildə Krondştadda anadan olmuşdur. Valaxiyadan köç etmiş Kukuran ailəsində doğulmuşdur. Vladimir Ollonqren və Yelena Qurskaya dəvət edildiyi Romanovlar ailəsinin 300 illiyi tədbirində, 17 iyun 1913-cü il tarixində evlənmişdir. Bu hər ikisinin də ikinci evliliyi idi. Yelena Qurskayanın ilk həyat yoldaşı German İvanoviç Qurski 13-cü artilerriya briqadasında xidmət etmişdir. 1909-cu ildə vərəmdən vəfat etmişdir. Yelena 14 fevral 1940-cı ildə vəfat etmişdir. Paris regionun Sent Jenevyev de Bua şəhərindəki Rus Evi yaxınlığındakı Sent Jenevyev de Bua qəbiristanlığında 680 nömrəli məzardadəfn olunmuşdur[5]
Qızı Nina Ollonqren (1 iyul 1898 – 28 iyul 1990)— 1 iyul 1898-ci ildə Peterburqda doğulmuşdur. Doğumu səbəbi ilə II Nikolay Ollonqren ailəsinə brilyantlarla bəzədilmiş qızıl saat və qızıl broş hədiyyə etmişdir. II Nikolayın əmri ilə Vətənpərvər Yelizaveta İnstitutunda təhsil almışdır. Valideynləri boşandıqdan sonra anası ilə yaşamışdır. 2 fevral 1919-cu ildə Tula quberniyasının zadəgan ailələrindən olan Şatilovlardan Viktor İvanoviç Şatilovla ailə həyatı qurdu. O, 28 iyul 1990-cı ildə Şaxtıda vəfat etmişdir.
Yeznəsi Viktor İvanoviç Şatilov — 2 fevral 1919-cu ildə Nina Ollonqren ilə evlənmişdir. 1919-cu ildə Nina Ollonqrenin də xidmət göstərdiyi admiral Aleksandr Kolçakın ordusunda xidmət etməyə başladı. SSRİ qurulduqdan sonra xaricə getmədi. 1922-ci ildə Qırmızı Ordunun Qərb Hərbi Dairəsinin müşahidəçi pilotu oldu. İkinci Dünya müharibəsi zamanı bombardman təyyarələrində uçmuşdur. 1943-cü ildə Leninqradı havadan müdafiə edərkən həlak oldu.
Oğlu Aleksandr Ollonqren— 3 yanvar 1901-ci ildə Kiyevdə anadan olmuşdur. Təhsilinə Sevastopl Kişi Gimnaziyasında başlamışdır. Valideynləri boşandıqdan sonra atası ilə qaldı. 7 sentyabr 1914-cü ildə Dəniz korpusuna qəbul oldu. Orada ən gənc kadet oldu. Fevral inqilabından sonra Dəniz Korpusu əvvəlcə məktəb adlandırıldı və daha sonra isə bağlandı. Bundan sonra Aleksandr atasının yanına, Bakıya gəldi. O burada çox qalmayaraq Sevastopola qayıtmışdır. Burada Qaradəniz Donanmasının minayerində ekipaj üzvü oldu və bir neçə səfərdə iştirak etdi. Bu səfərlər zamanı göstərdiyi şücaətlərə görə 3-cü və 4-cü dərəcəli Müqəddəs Georgi xaçlarıyla təltif edildi. Qaradəniz donanmasının komandiri Aleksandr Kolçakın əmrilə Dəniz Korpusu bərpa olundu. Həmin ilin payızında Aleksandr təhsilinə yenidən başladı. Bir neçə müddət sonra yuxarı siniflər Sakit okeana ekspedisiyaya göndərildi. Aleksandrın olduğu "Qartal" kreyserində ikinci Honq-Konq səfəri zamanı üsyan başladı. Üsyan qanla yatırıldı və bütün dənizçilərin ya Vladivastoka qayıtmağı, ya da qalıb xidmətə davam etməyi tapşırıldı. Maddi çətinliklər səbəbi ilə "Qartal" nəqliyyat gəmisinə çevrildi və Aleksandr gəminin sükançısı təyin olundu. Bir il sonra bir qrup şəxs Aleksandrın rəhbərliyində gəmidən ayrılaraq Kolçakın ordularına qoşulmaq üçün yola düşdü. Xarbinə çatan qrup fəaliyyətə başladı. 1918-ci ildə admiral Kolçak yenə bütün zabitlərin təhsilinə davam etməsi haqda əmr verir və beləliklə Aleksandr təhsilinə davam edir. 1920-ci ilin əvvəlində qoşunların Vladivostoku tuta bilməyəcəyi və Qırmızı Ordunun üstünlüyü məlum olanda Kolçak Dəniz Məktəbini boşaltmaq əmrini verdi. Məktəb Rusiyadan iki kreyserlə ayrıldı — "Qartal" və "Yakut". Aleksandr "Qartal Gəmisi" Yaponiyanın Şimonosaki körfəzinə yanaşanda orada hərbi birləşmələrin birində tərcüməçi işləyən anası ilə görüşə bildi. "Qartal" gəminin məqsədini yenidən hərbi məqsəddən kommersiya məqsədinə dəyişərək Avropaya yoluna davam etdi. Gəmidə Aleksandr son imtahanlarını verdi və təhsilini bitirdi. Daha sonra Sinqapur və Banqhokda yaşayan Aleksandr atasını yalnız 1925-ci ildə, uşaqlarını axtarmaq verdiyi mühacir rus qəzetlərindəki elanlarından birini oxuduqdan sonra tapdı. 1926-cı ildə. Alexander Selma Gedvig Yaqqer ilə evləndi. 1932-ci ildə. Hollandiya vətəndaşlığını qəbul etdi. Ata və oğul yalnız 1938-ci ildə görüşə bildilər Aleksandr Vladimiroviç və həyat yoldaşı Avropaya gəldi. Onun 4 övladı olmuşdur. (Lidiya, Tamara, Yelena və bir oğul). Aleksandr işlədiyi Singer şirkətinin indiki Taylanddakı nümayəndəsi olmuşdur. 1958-ci ildə təqaüdə çıxmış, 15 iyul 1989-cu ildə Haaqada ölmüşdür.
Vladimir, Yelena Ollonqrenlər və Yelena Kukuran
Vladimir və Yelena Ollonqrenlər öz kafelərində
Yelena və Vladimir Ollonqrenlər kafelərinin önündə