Remove ads
From Wikipedia, the free encyclopedia
Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839)[3] — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq.
Vilyam Smit | |
---|---|
ing. William Smith | |
Doğum tarixi | 23 mart 1769[1][2][…] |
Vəfat tarixi | 28 avqust 1839[1][2][…] (70 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | geologiya, kartoqrafiya, Meliorasiya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur.
Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur.
Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır.
Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır.[4].
1727-ci ildə o, torpaq müfəttişinin köməkçisi vəzifəsinə təyin edilmişdir.
Ixtisasca yer quruluşu mühəndisi olan Vilyam Smit "ingilis geologiyasının atası" kimi məşhurdur. Onun İngiltərənin cənub-şərq hissəsində aşkar edilmiş mezozoy erasına aid canlı orqanizmlərin daşlaşmış qalıqların identifikasına aid əsərləri ilə müstəqil geoloji elmlər kimi tarixi geologiyanın və stratiqrafiyanın əsası qoyulmuşdur. O, ilk dəfə olaraq paleontoloji üsulla suxurların yaşını müəyyənləşdirmiş, onları nisbi yaşa görə qruplaşdırmış və geoloji xəritələr tərtib edilmişdir. Geoloji layların ardıcıllığını şkalasın yaranmasında onun xüsusi xidmətləri olmuşdur.
İngiltərənin cənubunda kanallar çəkilərkən o, aşkar etdi ki, Bat şəhəri yaxınlığında suxurlar ardıcıllıqla bir-birini əvəz edir. Bu ardıcıllıq bir-birindən uzaq ərazilərdə də dəyişməzdir və əvəz olunur. Bununla Smit müəyyən etdi ki, içərisində oxşar fauna kompleksi olan bütün laylar eyni yaşlıdır. Beləliklə, Vilyam Smit geologiyanın müstəqil, lakin bir-birilə əlaqəsi olan iki sahəsini - keçmişdə yaşamış orqanizmləri öyrənən paleontologiya və suxurların əmələ gəlməsi və ardıcıllığını öyrənən stratiqrafiya elmlərinin əsasını qoydu.
London Geologiya Cəmiyyəti geoloji kəşflərinə görə onu cəmiyyətin birinci qızıl medalı ilə təltif etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.