From Wikipedia, the free encyclopedia
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.[1]
Viktoriya Georgiyeva | |
---|---|
bolq. Виктория Георгиева | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Varna, Bolqarıstan |
Vətəndaşlığı | Bolqarıstan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2015–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Albom şirkəti | Monte Music |
Vikianbarda əlaqəli mediafayllar |
Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir.[2]
2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır. Həmin ilin iyun ayında Viktoriyanın debüt sinqlı "Nishto Sluchayno" təqdim olunmuşdur.
25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.
Mahnı adı | İl |
---|---|
"Nishto Sluchayno" (Niki Bakalov və VenZy) | 2016 |
"Nezavurshen roman" | |
"Chast ot men" | 2017 |
"Stranni vremena" | 2018 |
"I Wanna Know" | 2019 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.