From Wikipedia, the free encyclopedia
Vik (isp. Vic/Vich[3]; tələffüzü “Vik”; katalan dilində və rəsmi yazılışı Vic) — İspaniya bələdiyyəsidir. Kataloniya muxtar birliyinin Barselona əyalətinin Osona bölgəsinin paytaxtıdır. Əsrlər boyu ənənəvi olaraq katalan dilində “Vich” olaraq yazılmışdır və bu yazılış tərzi soyadda qorunub saxlanılıb. Fransa və İsveçrədə də eyni adlı şəhərlər var. Sentforas əhalisi də 1940-cı illərdən bəri bələdiyyənin bir hissəsidir.Instituto Nacional de Estadística
İspaniya bələdiyyəsi | |||||
Vic | |||||
---|---|---|---|---|---|
Vich | |||||
|
|||||
41°55′49″ şm. e. 2°15′16″ ş. u.HGYO | |||||
Ölkə | İspaniya | ||||
Bələdiyyə | Kataloniya | ||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi | 30,92 km² | ||||
Mərkəzin hündürlüyü | 498 ± 1 m[1] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 46.214 nəfər (2019) | ||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 08500 | ||||
Digər | |||||
vic.cat (isp.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Vich sözü latın dilindən vicus (rayon və ya şəhər aqlomerasiyası) sözündən gəlir. İspan dili üçün yad olan bu son samit birləşməsindən qaçınmaq üçün “Vique” yazılışına üstünlük verilməyə başladı. Və artıq 1715-ci ildə bu cür yazılışa rast gəlmək olurdu. Lakin, bu süni variant yalnız bir müddət rəsmi mətnlərdə qaldı və 1789-cu ildə Milli Statistika İnstitutuna (Instituto Nacional de Estadística[4]) uyğun olaraq 1981-ci ilə qədər rəsmi yer adı olaraq yenidən “Vich” kimi istəfadə edilməyə başladı. 1982-ci ildən bəri rəsmi forma “Vic” olaraq oldu. Bu toponim katalan dilində Kataloniya Araşdırmaları İnstitutun orfoqrafiya qaydalarına uyğun olaraq qəbul olunmuşdu. 1913-cü ildəki bu orfoqrafiya normaları, yazının sadələşdirilməsi üçün katalan dilindən sözlərin sonunda və intervokal mövqedə tələffüz olunmayan "h" hərfini ləğv etdi. Digər analoji hallar, Montjuich, Hostalrich ve Reixach'dır, ki bunlar katalan dilində Montjuïc, Hostalric və Reixac kimi yazılıır. Katalan dilinin hazırkı istifadəsində bu tələffüz olunmayan "h" hərfi yalnız Salarich, Blanch, March və ya Bosch[5] kimi soyadlarda saxlanılıb.
Barselona və Fransadan eyni uzaqlıqda olan Plana de Vich eyni adlı düzənliyin ortasında yerləşir.
Dəniz səviyyəsindən yüksəkliyi: 499 m
En dairəsi: 41º 55 '52 ş.e.
Uzunluq: 002º 15 '21 ş.u.
Əsas məqalə: Vikdəki fənərlər (Farolas de Vic)
Antoni Qaudi 1910-cu ilin əvvəlində böyük mənəvi işini, memarlığını tənqidçilərin tərəfindən tam qiymətləndirmədiklərini görüb, böyük bir depressiyaya düşür və gündəlik işlərindən kənarda vaxt keçirməyə məcbur olur.
Dostu Torras y Bages memarın vəziyyətini Yezuit Ata İgnasi Kasanovas'a bildirir. Yezuit Ata Qaudiyə bir neçə gün Barselonadan təxminən 60 km məsafədəki Vik şəhərində istirahət etməyə tövsiyə edir. Nəticədə Antoni Qaudi 1910-cu ilin may ayının üç həftəsini Vik´də keçirir. İstirahətdə olmasına baxmayaraq, Osona bölgəsinin paytaxtında iz qoyacaq bəzi memarlıq elementlərinin dizaynını qaçırmadı. O dövrdə Katalan filosofu Jaime Balmesin anadan olmasının yüzüncü ildönümü Vik´də qeyd olunması nəzərdə tutlmuşdu. Və taleyin hökmü ilə Antoni Qaudi xatirə işıq dirəkləri dizaynı təklifini aldı. 7 sentyabr 1910-cu ildə onların açılış mərasimi keçirildi, lakin hazırda onları xatırladan yalnız bir neçə fotoşəkil var, çünki 1924-cü ildə onları sökməyə qərar verildi.
Vikdə Kataloniyanın ən valehedici orta əsr komplekslərdən biri yerləşir. Şəhər həm də kolbasa məhsulları ilə məşhurdur. Bunların arasında Vik kolbasası (salchichón de Vich) seçilir, lakin dünyada ən çox tanınan, fuetdir. Vik şəhərinin 1966-cı ildə artıq sökülən öküz döyüşlərin arenasının sahibi olduğunu da qeyd etmək lazımdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.