From Wikipedia, the free encyclopedia
Vibe E. Biyker (nid. Wiebe E. Bijker; 19 mart 1951, Delft, Cənubi Hollandiya[1]) — Niderlandlı professor və sosioloq. O, Niderlandın Maastrixt Universitetində Sosial Elmlər və Texnologiyalar Departamentinin keçmiş sədridir.
Vibe Biyker | |
---|---|
Doğum tarixi | 19 mart 1951 (73 yaş) |
Doğum yeri | |
Təhsili | |
cris.maastrichtuniversity.nl/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Vibe Biykerin atası Eko Biyker 1953-cü ildə gənc Biyker iki yaşında olarkən fəlakətli bənd yarmasından sonra Delta planının həyata keçirilməsində iştirak edən mühəndis idi. O, daha sonra Delft Hidravlika Laboratoriyasının direktor müavini olmuşdur.[2] Ehtimal olunur ki, Niderlandın bəzi hissələrinin dəniz səviyyəsindən aşağıda olması faktı, əsrlər boyu bu vəziyyəti əhatə edən innovasiyalar barədə narahatlıqlar və atasının bu prosesdə iştirakı gənc Biykerin texnologiya araşdırmalarında marağına səbəb olmuşdur.[3]
1969-cu ildə Emmelordda gimnaziyanı bitirdikdən sonra Biyker 1974-cü ildə Amsterdam Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini, 1976-cı ildə Delft Texnologiya Universitetində fiziki mühəndislik üzrə mühəndis dərəcəsini və 1990-cı ildə Tvente Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır.
Biyker 1987-ci ildən Maastrixt Universitetində fəlsəfə üzrə assistent və dosent olmuşdur. O, sonradan, 1994-cü ildə texnologiya və cəmiyyət üzrə tam professor olmuşdur. Biykerin tədqiqat sahələrinə elm, texnologiya və cəmiyyətin sosial və tarixi tədqiqatları, texnologiyanın inkişafı nəzəriyyələri, elm, texnologiya və cəmiyyətşünaslıq metodologiyası, texnoloji mədəniyyətin demokratikləşməsi, elm və texnologiya siyasəti, İKT, multimedia və informasiya cəmiyyətinin sosial-mədəni ölçüləri, gender və texnologiya, memarlıq, planlaşdırma və mülki mühəndisliyin meta tədqiqatları daxildir. O, Trevor Pinç ilə texnologiyanın sosial konstruksiyası yanaşmasının (SCOT) əsas tərəfdarlarından biri hesab olunur.[4] Onların 1984-cü ildə dərc olunan "The Social Construction of Facts and Artefacts: or How the Sociology of Science and the Sociology of Technology might Benefit Each Other" adlı əsərləri SCOT perspektivi üzərində işlənən ilk əsaslı iş kimi qeyd olunur.[5] SCOT nəzəri çərçivəsinin mərkəzində "şərh çevikliyi" ideyası dayanır. Odur ki, burada elmi və texnoloji səylərin məhsulları fiziki təbiətlə müəyyən edilmiş spesifik bir trayektoriyada sabitlənmir, əksinə onların istehsal olunduğu sosial mühitlə qarşılıqlı əlaqədə olur.[6] Biyker və Pinç öz nəzəri arqumentlərini göstərmək üçün 1984-cü ildə dərc olunan məqalələrində müxtəlif istifadəçi qruplarının, istehsalçıların və maraqlı başqalarının təsiri ilə velosipedin inkişafından və onun əsaslı formalaşdırılmasından istifadə edirlər.[7]
Vibe Biyker 12 may 2017-ci ildə fəxri professor olmuşdur.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.