From Wikipedia, the free encyclopedia
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur:
1991-ci ilədək internetin istifadəsi yalnız elmi araşdırma və mühəndislik sahələri üçün məhdud idi. Sözü gedən illərdə internet əsasən e-poçt, telnet, FTP və USENET traffiki(protokolu) üçün istifadə olunurdu. Bu illərdə internet üzərində çox az miqdarda veb saytlar mövcud idi. World Wide Web protokolu hələ təzəcə yazılmışdı. 1993-cü ilədək Mac və Windows əməliyyat sistemləri üçün qrafik veb brauzer mövcud deyildi. Bu illərdə internetə daxil olan bilən insan sayı artsada, 1995-ci ilədək ortada qarma-qarışıqlıq mövcud idi.
Həmin dövrdə bizneslər və ya inviduallar öz veb saytlarını yayımlamaq istəsəydi onlar server və yaxud kompüteri sahibi olmalı idilər. Əksər şirkətlərin bunun üçün lazımi büdcəsi olmadığından veb hostinq şirkətləri öz serverlərini şirkətlərə kirayələməyə başladı. Beləliklədə veb hostinq servisləri artmağa başladı.[1] Veb hostinq şirkətləri müştərilərinin server və yaxud kompüter sahibi olmadan öz veb saytlarını internetdə yayımlamasını təmin edirdi. Həmin dövrdə veb sayt sahiblərinə vebmaster deyilirdi. Vebmasterlər veb hostinq şirkətlərindən hostinq kirayələyib, həmin hostinqə sayt yerləşdirib, vebdə paylaşırdılar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.