From Wikipedia, the free encyclopedia
Vasan (和讃?) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır.[1] Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb.[1]
Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi.[1] Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar.[1] Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub.[1]
Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur.[1] Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır.[1] XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb. "Şozomatsu Vasan" isə 116 bənddən ibarət olub 1257-ci ildə tamamlanıb.[1] "Sanco Vasan" kolleksiyasının məzmunun Şinranın Codo Şin doktrinin əsas traktatı olan Kyoqyoşinşonun nəzəriyyələrinə uyğun gəlir.[1] "Codo Vasan" 3 Təmiz torpaq sutrasının xülasəsidir, "Koso Vasan" isə Şinran tərəfindən nəzəriyyələrinin mənbəsi hesab olunan 7 patriarxın doktrinalarından bəhs edir.[1] Buddist esxatologiyasının 3 mərhələsi nəzəriyyəsinə əsaslanan "Şozomatsu Vasan" əsərində isə Şinran dinin və cəmiyyətin tənqidini aparır, mükəmməl olmadığını etiraf edirdi.[1] Əsərdə Zenkoci buddasını mədh edən bəndlər də yer alıb.[1] Bu əsərlərdən əlavə, Şinran "Kotaişi Şotoku hosan" (1255) əsərində Şahzadə Şotokunu mədh edən 75 bənd, "Daynihonkoku zokusanno Şotoku tayşi hosan" (1257) əsərində isə 114 bənd yazmışdır.[1] Şinran son mətnlərində Şahzadə Şotoku kultundan ilham almış, onu Kannonun təzahürü və Yaponiya buddizminin qurucusu adlandırmışdır.[1]
Şinranın istifadə etdiyi lirik üslub adi insanlar üçün nəzərdə tutulmuşdur.[1] Nəzəriyyələrinin daha çox adama çatması və asan başa düşülməsi üçün 5-7 hecalıq misralardan istifadə edirdi.[1]
Vasanda bir bənd 4 misradan ibarətdir və misraların heca sayı 7 və 5 olmaq üzrə bir-birini əvəz edir.[1] Tam vasan 20 və ya 30 bənddən ibarətdir.[1] Heyan dövrünün əvvəllərindən etibarən vasanlar təmiz torpağın buddizmini təbliğ etmək üçün istifadə olunan vasitə idi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.