From Wikipedia, the free encyclopedia
Vampirin gündəlikləri teleserialının II mövsümünün çəkiləcəyi CW tərəfindən 16 fevral 2010-cu ildə elan edilmişdi.[5] II Mövsümün ilk seriyasının premyerası 9 sentyabr 2010-cu ildə baş tutmuşdur.[6] II mövsümdə hadisələr I mövsümün final seriyasında qaldığı yerdən davam etdirilir. Bundan sonra hadisələr davamlı olaraq inkişaf etdirilir.[7] II mövsümdə hadisələr Yelena Gilbertin (Nina Dobrev) oxşarı olan Ketrin Pirsin şəhərə qayıtması ətrafında cərəyan edir, Mistik Folsda canavar adamlar peyda olur, qədim vampirlər haqqında mövzuya giriş edilir. Tayler Lokvudun (Maykl Trevino) əmisi Meyson Lokvud (Teylor Kinni) ailə mirası olan Ay daşının axtarışları zamanı Mistik Folsa gəlib çıxır. Daha sonra Tayler Lokvud ailəsinin canavar adam kökləri haqqında öyrənir. Bu arada Keralayn Forbs (Kendis Akkola) Ketrin Pirs tərəfindən öldürülür və qanında Deymon Salvatorenin (Yan Somerhalder) qan qatışığı olan Keralayn vampirə çevrilir. Qədim vampirlərdən Elayca (Daniel Gillies) və Klaus Mikaelsonun (Cozef Morqan) şəhərə gəlməsi hadisələri daha da mürəkkəbləşdirir. Vampir-Canavar adam qarışığı hibrid olan Klausa qədim cadugərlər tərəfindən bəd dua edilib və o, canavar adam gücündən istifadə edə bilmir. Bu cadunu ləğv etmək üçün ona Ay daşının gücündən istifadə etmək lazımdır və şəhərə gələn qədim vampirlərin də həmin daşın axtarışında olduğu məlum olur. Klaus gücünü əldə etmək və özü kimi hibridlər yarada bilmək üçün, bir vampir, bir canavar adam, və oxşarlardan birinin iştirakı ilə bütöv ay gecəsi ritual keçirməli olur. II Mövsüm DVD və Blu-ray formatlarında 30 avqust 2011-ci ildə satışa çıxarılıb.[8]
Qeyd: **Dobrev Ketrin rolunu 18 seriyada canlandırıb.
Birinci mövsümün sona çatdığı yerdən davam edən ikinci mövsümün birinci seriyasında evə dönən Yelena Con və Cereminin başına gələnlər haqqında məlumat alır. Öyrənir ki, Ceremi kifayət qədər dərman içmədiyindən ölməyib, üstəlik Annanın qanını da kifayət qədər içmədiyindən vampirə çevrilməmişdi. İkinci mövsümdə hadisələr Yelenanın oxşarı olan Ketrin Pirsin Mistik Fola dönməsi ilə daha da qızışır. Bu arada Yelenanın bioloji valideynləri olan Con Gilbert və İzobel Flemminq də şəhərə qayıdır. Alarikin arvadı olan İzobelin vampirə çevrildiyi məlum olur.
İkinci mövsümdə vampirə çevrilən təkcə İzobel olmur. Belə ki, Yelenanın ən yaxın rəfiqələrindən biri Keralayn da vampirə çevrilir. Həmçinin ikinci mövsüm canavar adamların da meydana çıxması ilə əlamətdardır. Belə ki, Lokvudlar ailəsinin canavar köklərinin olduğu məlum olur. Mövsümün ortalarında Talyer Lokvud da Ketrinin qurduğu tələyə düşüb canavar adama çevrilir.
İkinci mövsümün sonuna yaxın Mistik Folsa çağırılmamış qonaqlar gəlir. Ketrin yenidən tarixlə üzləşməli olur. Qədim dövrlərin xatirələri canlanır. Qədim vampirlərdən əvvəlcə Elayca, daha sonra isə Klaus şəhərə gəlir. Məlum olur ki, hibrid olan Klaus qədim lənəti aradan qaldırmaq və canavar adam gücünə sahib olmaq üçün ayin keçirmək istəyir. Bunun üçün isə ona canavar adam, vampir və bənzərlərdən birini (yalnız insan olanı) qurban vermək, qanını içərək öldürmək lazım gəlir. Vampir kimi Klaus, Yelenanın xalası Cenadan istifadə edir. O, Cenanı vampirə çevirərək öldürür. Boni Con Gilbert və Yelenanı cadu vasitəsiylə birləşdirərək Yelenanın ölməsinin qarşısını ala bilir, əvəzində Con ölür. Klausun canavar adama çevrilməsi tamamlanır və onlar Elayca ilə birlikdə aradan çıxırlar.
Bu arada canavar adama çevrilən Tayler Deymonu ölümcül yaralayır. Onu bu ölümdən xilas etmənin yeganə yolu isə hibridin - Klausun qanından içməkdi. Stefan qardaşını xilas etmək üçün özünü Klausa təslim edir. Əvəzində onun qanından bir qədər alıb Ketrinlə Deymona göndərir. Bu arada Deymonu öldürmək istəyən Şerif Forbs səhvən Ceremini öldürür. Lakin Boni həyatı ilə risk edərək onu yenidən həyata qaytara bilir. Yenidən dirilən Ceremi ölmüş sevgililəri Viki və Annanın ruhlarını görməyə başlayır.
No. | # | Başlıq | Rejissor | Ssenarist | İlk efir tarixi | İstehsal kodu |
ABŞ-da izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|
23 | 1 | Dönüş | J. Miller Tobin | Kevin Vilyamson & Culi Plek | 9 sentyabr 2010 | 2J5251 | 3.36[9] |
Birinci mövsümün sona çatdığı yerdən davam edən ikinci mövsümün birinci seriyasında evə dönən Yelena Con və Cereminin başına gələnlər haqqında məlumat alır. Öyrənir ki, Ceremi kifayət qədər dərman içmədiyindən ölməyib, üstəlik Annanın qanını da kifayət qədər içmədiyindən vampirə çevrilməmişdi. Deymon, Boni və Yelena Keralaynın yaşaması üçün Deymonun qanına ehtiyacı olduğu qərarına gəlirlər. Stefan öyrənir ki, Ketrin yenidən Mistik Follsa qayıdıb və şəhərdə Yelenanı təqlid edərək yaşayır. Tayler, əmisi Mayson Lokvudun onu qorumaq üçün şəhərə döndüyünü eşidəndə təəccüblənir. Ketrin və Deymon birlikdə yatırlar, lakin Ketrin ona deyir ki, “mən həmişə Stefanın olaraq qalacam.” Deymon əsəbi halda Yelenanın yanına gəlir və onu öpməyə cəhd edir. Yelenanın da Stefanı sevdiyinə əsəbləşən Deymon Cereminin boynunu sındıraraq onu öldürür. Lakin Ceremi, Gilbertlərin tilsimli üzüyünü taxdığına görə dirilir. Ketrin Pirs hospitala gələrək Keralaynı yastıqla boğub öldürmək istəyir. Keralayn ölməmişdən əvvəl Ketrin ona, Salvatore qardaşlarına çatdırmaq üçün ismarış söyləyir: “Oyun başlayır.” | |||||||
24 | 2 | Cəsarətli Yeni Dünya | Con Dal | Brayn Yanq | 16 sentyabr 2010 | 2J5252 | 3.05[10] |
Keralayn hospitalda oyanır və qan içmək istədiyini hiss edir. Tayler öyrənir ki, Meyson əslində onların ailə simvolu olan ay daşının axtarışındadır. Deymon Karter adlı bir oğlanı Tayleri əsəbləşdirib yoldan çıxarması üçün hazırlayır. Meyson supernatural güclərindən istifadə edərək üstünlük əldə etməyə çalışır, həmçinin onun canavar adam olduğu üzə çıxır. Deymon Keralayna baş çəkmək üçün xəstəxanaya gəldikdə, onun vampirə çevrildiyini görür və Stefan və yelenanı xəbərdar edir. Stefan, vampirə çevrilməsindən qorxan Keralaynı sakitləşdirərək, onun bu vəziyyətə alışmasına kömk edəcəyinə söz verir. Bu arada Tayler Meysonun axtardığı Ay daşını tapır. Met Keralaynın qərarsız vəziyyətdə olduğunu düşünsə də, özlüyündə onu sevdiyini anlayır. | |||||||
25 | 3 | Pis ay çıxışı | Patrik Norris | Endryu Çambliss | 23 sentyabr 2010 | 2J5253 | 3.57[11] |
İzobelin Dyuk Universitetindəki otağında axtarışa aparan Yelena, Deymon və Alarik müəyyən edir ki, qədim dövrdə vampirlər və canavar adamlar sərbəst şəkildə insanların arasında dolaşırdılar. Lakin şaman onlara cadu edir. Bu caduya görə canavar adamlar ayın xidmətçisi olurlar, vampirlər isə günəşin əsirinə çevrilirlər. Bu arada Stefan Keralayna özünü idarə etməyi və heyvanları ovlamağı öyrədir. Boni Keralayn üçün tilsimli üzük hazırlayır və onun gün işığından yanmasının qarşısını alır. Canavar adama çevrilən Meyson Stefan və Keralayna hücum edir. Tayler canavar adama atəş açaraq onları xilas edir, daha sonra Meysonu meşədə yaralı vəziyyətdə tapdıqda əslində nə baş verdiyini anlayır. Hisslərini idarə edə bilməyən keralayn Meti dişləyərək qanını içir. Daha sonra isə gözləri ilə hipnoz edərək, bunları unutdurur, lakin təhlükəsizliyini təmin etmək üçün Metdən ayrılır. Yelenaya axtarışlarında kömək etmək istəyən Deymon Ketrin Pirsin əsl adının Katerina Petrova olduğunu ona söyləyir. Alarik Cenaya onu bəyəndiyini bildirir və Keralayn Ketrinin onun yataq otaöında olduğunu öyrənir. | |||||||
26 | 4 | Yaddaş yolu | Rob Hardi | Keralayn Drays | 30 sentyabr 2010 | 2J5254 | 3.18[12] |
Ketrin Stefana söyləyir ki, əgər onu tərk etsə Yelenanı öldürəcək və Yelana Keralaynın təsir altında Ketrin üçün işlədiyini öyrənir. Yelena və Ketrin nəhayət ki, görüşürlər, lakin Ketrin onun suallarını cavablandırmaqdan boyun qaçırır. Deymon Meysonu gümüş bıçaqla yaralasa da, Meyson gümüşün canavar adamları öldürdüyü yalnızca mifdir. Beləcə onlar açıq düşmənə çevrilirlər. Ketrin 1864-cü ildə Stefan və Deymonun önu qorumaq üçün özlərini necə güllə qarşısına verdiklərini xatırlayır. Stefanı öpür və bir gün nə vaxtsa bəlkə bir yerdə ola biləcəklərini söyləyir. Stefan və Yelena heç kimə zərər vurmadan Ketrinin qarşısını almaq qırarına gəlirlər. | |||||||
27 | 5 | Öldürmək yoxsa öldürülmək | Ceff Vulnaf | Mayk Deniyels | 7 oktyabr 2010 | 2J5255 | 3.47[13] |
Mistik Folls pikniki zamanı, Meyson Lokvud Şerif Liz Forbsa Stefan və Deymon qardaşlarının vampir olduqlarını söyləyir. Liz və ona tabe olan polislər Salvatore qardaşlarına atəş açırlar. Keralayn və Yelena Lizin dəstəsinin onları öldürməsindən əvvəl bunun qarşısını ala bilirlər, lakin, Şerif Liz qızı Keralaynın vampirlərin tərəfində olduğunu anlayır. Liz Keralaynı övladlıqdan çıxarır, Stefan isə gücünü bərpa edə bilmək üçün Yelenanın qanını içir. Keralayn Yelenaya, Ketrinin əgər Yelena və Stefan haqqında xəbərləri ona çatdırmasa Meti öldürəcəyini dediyini bildirir, Yelena Keralaynı bağışlayır. Tayler öyrəndikdə ki, Ceremi lənnət haqqında bilir, onlar arasında münasibət yaranır. Tayler onu öldürmək istəyən qızı yaralayır. Bundan sonra Tayler Meysona ay daşının ona lazım olmadığını deyir və daşı təqdim edir. Aydın olur ki, Meyson da daşı ələ keçirmək istəyən Ketrin üçün çalışır və onlar sevgilidirlər. | |||||||
28 | 6 | Plan B | Cohn Berinq | Elizabet Kraft & Sara Feyn | 21 oktyabr 2010 | 2J5256 | 3.62[14] |
Liz Keralaynı qəbul edir və Keralayn onun yaddaşışnı təmizləyərək, qızının vampir olması bilgisini silir. Boni Meysona anevrizma verərək onu əsir edir. Deymon Meysonun yanına gələrək ona əziyyət verib, məlumat almağa çalışır. O, Meysona söyləyir ki, Ketrin onu aldadıb və nəhayət onu ürəyini çıxararaq öldürür. Bu arada ay daşının gizlədildiyi yer Boniyə məlum olur. Stefan şəhər suyuna vampirlər üçün öldürücü olan Minaçiçəyi qatıldığını öyrənir. Keralayn və Boni Yelenaya Stefanı xilas etməkdə kömək edir və ay daşını qaytarırlar. Ketrin Cenanı özünü bıçaqlamağa məcbur edir. Ketrinin edə biləcəklərindən qorxan Yelena Stefandan ayrılmaq qərarına gəlir. Meysonun ölümündən sonra başqa bir canavar adama ehtiyacı olan Ketrin Meti Tayleri əsəbləşdirməyə məcbur edir ki, Tayler onu öldürsün və beləcə lənətin təsiri ilə canavar adama çevrilsin. | |||||||
29 | 7 | Maskarad | Çarlz Bison | Kevin Vilyamson & Culi Plel | 28 oktyabr 2010 | 2J5257 | 3.55[15] |
Stefan, Deymon, Boni, Ceremi, Alarik və Keralayn birlikdə Ketrini Lokvudların təşkil etdikləri maskaradda öldürmək qərarına gəlirlər. Ketrin ona Ay daşını ələ keçirməkdə kömək etməsi üçün Lüsi adlı cadugəri çağırır. Ketrinin təsiri ilə Met Taylerlə savaşır. Keralayn mübarizəni dayandırır, lakin Sara Ketrinin təsiri ilə Tayleri bıçaqlayır, Tayler özünü saxlaya bilməyib onun boynunu sınrırır. Lənət işə düşür. Taylerin gözləri bir neçə saniyəlik yaşıl rəng alır. Stefan və Deymon Ketrini öldürməyə çalışırlar, lakin Cereminin Ketrin və Yelenanın cadu ilə bir-birinə bağlandığını və Ketrin yaralandığı halda Yelenanın da yaralandığını xəbər verməsindən sonra onlar dayanırlar. Ketrin bildirir ki, Yelena ilə olan bağlarını qıracaq cadugərə malikdir. Boninin qohumu olan Lusi Ketrinə dəstək olaraq otağa daxil olur. Deymon Ketrini vampirlərin məzarlığına salaraq həbs edir. Yelena evə gələn kimi maskalı biri tərəfindən tutulur. | |||||||
30 | 8 | Rouz | Liz Friedlander | Brayn Yanq | 4 noyabr 2010 | 2J5258 | 3.63[16] |
Yelenanı tutan Trevor adlı vampir onu tərk edilmiş bir evə gətirir, burada Rouz və başqa bir vampirlə görüşür. Tayler Keralaynın bacarıqlarının şahidi olduqda, o, vampir olduğunu Taylerə söyləyir. Yelena Rouz və Trevorun Elayca adlı vampir haqqında danışdıqlarını eşidir. Boni cadudan istifadə edərək Yelenanın yerini müəyyənləşdirir. Yelena nə üçün oğurlanması haqqında Rouzdan məlumat almağa çalışır və öyrənir ki, Elayca qədim vampirlərdən biridir. Rouz və Trevor Yelenanı Ketrinlə bənzər olduğuna görə onun əvəzinə Elaycaya təhvil vermək və əvəzində Rouzun azadlığını almaq istəyirlər. Elayca qayıdır və Rouz ondan üzr istəyərək azadlıqlarının əvəzinə Yelenanı təklif edir. Elayca razılaşır, lakin Trevoru öldürür. Yelena Ay daşşının yerini bildiyini söyləməklə Elaycanı yola gətirməyə çalışır, lakin Elayca onu daşın yerini söyləməyə məcbur edir. Stefan və Deymon oraya gələrək Elayca ilə savaşıb Yelenanı azad edirlər. Yelenanın minaçiçəyi boyunbağısı evdə qalır. Gecə Yelena yatmağa hazırlaşanda Deymon əlində minaçiçəyi boyunbağısı ilə onun otağına gəlir. Deymon Yelenaya deyir ki, onu sevir, lakin özünün yox, Stefanın onun sevgisinə layiq olduğunu düşünür. Daha sonra o, Yelenanı söylədiyi bütün bu sözləri unutmağa məcbur edir və boyunbağısını ona qaytarır. Tərk edilmiş evdə, Elayca sinə soxulmuş taxta nizəni çıxarır və yenidən dirilir. | |||||||
31 | 9 | Katerina | J. Miller Tobin | Endryu Çambliss | 11 noyabr 2010 | 2J5259 | 3.50[17] |
Seriya 1490-cı ildə Bolqarıstanda Katerina Petrovanın doğması ilə başlayır. Katerinanın övladı qız olur və atası onun ailəsini təhqir etdiyini deyərək uşağı qadınların əlindən alıb aparır. Müasir dövrdə Yelena Ketrinin həbs edildiyi türbəyə gedir və ona qan verərək, əvəzində Petrova nəslindən gələn bənzərlərin lənəti qırmaq üçün lazım olduğunu öyrənir. Katerinanın nəsil xəttindən gəldiyinə görə Yelena da bu lənəti qırmaq üçün istifadə edilə bilərdi. Katerina Petrova qız dünyaya gətirdiyinə görə Bolqarıstandan qovulur və İngiltərəyə gəlir, burada isə onu Elayca və Trevor tapır. Onlar Katerinanın Petrova xəttindən gəldiyini bilirlər və Elayca onu öldürməyə çalışır, lakin Trevor Katerinanı xilas edir. O məcburən vampirə çevrilir ki, ondan lənətin sındırılması üçün istifadə etməsinlər. Katerina Mistik Follsa gəlir ki, Klausa cadunu sındırmaq üçün lazım olan şeyləri: bənzər, cadugər, canavar adam, vampir və Ay daşını təklif etsin. Katerina, bunun əvəzində Klausun onun həyatını bağışlayacağına ümid edirdi. Boni Luka adlı cadugər və onun atası ilə tanış olur, Ceremi isə Boninin onlarla əlaqəsindən narahat olur. Deymon, Rouzla birlikdə onun vampir dostu Slaterdən Klaus haqqında məlumat alırlar, lakin artıq sağalmış Elayca da bunları eşidir. Deymon və Rouz birlikdə yatırlar, Elayca Slateri özünü öldürməyə məcbur edir. Bu arada Luka və atasının Elayca üçün çalışdığı məlum olur. | |||||||
32 | 10 | Qurban | Ralf Hemeker | Keralayn Drays | 2 dekabr 2010 | 2J5260 | 3.46[18] |
Yelena və Rouz bəzi şeyləri soruşmaq üçün slaterin yanına gəlirlər, lakin onun cəsədini tapırlar. Yelena Klausun diqqətini cəlb etmək üçün Slaterin kompyuterindəki informasiyalardan istifadə edir və özünü Klausa təslim etmək fikrində olduğiunu bildirir. Keralayn və Tayler Meysonun gündəliyini və canavar adama çevrildiyini çəkdiyi videonu tapırlar. Boni Ketrinin həbs edildiyi məzarın qapısının açılaraq onun təsirsiz hala gətirilməsi və beləcə Stefanın Ay daşını oradan götürməsini planlaşdırır. Lakin bu plandan xəbərsiz olan Ceremi onlardan əvvəl Ketrinin yanına gedir və Ketrin Ceremini əsir alır. Stefan Ceremini xilas etmək üçün içəri girir lakin, özü məzardan çıxa bilmir. Elayca Lukanın atasından öyrənir ki, Deymon və Stefan Yelenanı ondan qorumağa söz veriblər. | |||||||
33 | 11 | Ay işığı altında | Elizabet Allen | Mayk Deniyals | 9 dekabr 2010 | 2J5261 | 3.16[19] |
Ayın bəlirlənməsi zamanı Keralayn Taylerə, çevirilməsini həyata keçirməyə kömək edir. Stefan Ketrinə deyir ki, yaxşı niyyətli olduğunu sübut etsin, o isə Klausun harda olduğunu öyrənmək üçün İzobelə müraciət etməyi məsləhət görür. Boni Lukadan Ay daşını məhv etmək üçün kömək istəyir, onlar cadu hazırlayırlar, lakin Luka daşı atasına verir. Meysonun rəfiqəsi olan Culs onu axtararaq gəlib Mistik folsa çıxır. Deymon və Alarik ona Qurdboğan qatılmış içki içirərək tələyə salmaq istəyirlər. Culs canavar adam olduğunu söyləyir və Deymonu izləyəcəyini bildirir. Bu arada Elayca və Yelena razılığa gəlirlər: belə ki, Yelena mümkün qədər Klausdan uzq gəzməli və qorunmalıdır (beləcə Elayca Yelenadan Klausa qarşı istifadə edə bilərdi), həmçinin Elayca da yelena və onun yaxınlarını qorumalı, həmçinin Stefanı məzardan azad etməlidir. Keralayn taylerin yanına gəlir. Salvatorelərin evində Culs canavar formasında deymona hücum edir, lakin yalnız Rouzun çiynindən dişləyə bilir, Rouz ölümcül yaralanır. | |||||||
34 | 12 | Eniş | Markos Sieqa | Elizabet Kraft & Sara Feyn | 27 yanvar 2011 | 2J5262 | 3.55[20] |
Stefan İzobellə əlaqə yaratmağa çalışır və evə qayıtmış Con Gilbertdən məlumat alır. Deymon Culsu tapıb canavar adam dişləməsini necə sağaltmağı soruşmağa çalışdığı müddətdə, Yelena ölümcül yaradan dəliyə çevrilməyə başlayan Rouzla birgə qalır və Rouz onu Ketrinlə dəyişik salıb hücum edir. Bu arada Keralayn və Met bir-birinə sevgilərini etiraf edirlər. Keralaynın alicənablıq və ürəyiaçıqlığı Tayleri təəccübləndirir. Rouz Salvatorelərin evindən qaçaraq insanları öldürüb əylənmək istəyir. Deymon onu tapır və sakit ölməsi üçün şərait yaradır. O, insan olmadan yaşamağın çətinliyini etiraf edir. Culs Taylerə deyir ki, onun və Meysonun canavar adam olduqlarını bilir, həmçinin bir çox canavar adamların da bura gəldiyini bildirir. | |||||||
35 | 13 | Ata problemləri | Yeşua Batler | Kevin Vilyamson & Culi Plek | 3 fevral 2011 | 2J5263 | 3.22[21] |
Keralaynın Meysonun ölümünü ondan gizlətməsi Tayleri əsəbləşdirir. Cenanın Con Gilbertin əslində Yelenanın bioloji atası olduğunu söyləməsindən sonra vəziyyət mürəkkəbləşir. Culs yeni canavar sevgilisi Bredi ilə görüşür və ona bu şəhərdən gedərək, Tayleri də özü ilə götürmək istədiyini söyləyir. Culs tərəfindən əsir saxlanan Keralayn həmin müddətdə Taylerə nələrə olduğunu Stefandan soruşur. Culs əsir aldığı Keralaynın yerinə Taylerin onlara verilməsini tələb edir. Stefan məsələni sülh yolu ilə həll etməyə çalısa da, cəhdləri boşa çıxır və Deymon problemi öz “qanlı” üsulu ilə həll edir. Culs daha sonra canavar dostlarını çağırır və orada Stefan və Deymon çoxlu canavar öldürməli olur. Tayler Keralaynı qəfəsdən çıxarır, lakin özü də Culsla gedir. Tayler Bredi və culsa Meysonun Ay daşını ələ keçirdiyinə görə öldürüldüyünü söyləyir. Con söyləyir ki, o, Yelenanı qorumaq üçün gəlmişdir və bunun da yeganə yolu. Qədim vampiri ağ palıddan hazırlanmış nizə ilə vurmaqdır. Həmçinin məlum olur ki, Con hələ də Ketrinlə birgə çalışır və onu məzardan çıxarmaq üçün yol axtarır. | |||||||
36 | 14 | Ağlayan canavar | Devid Von Anken | Brayan Yanq | 10 fevral 2011 | 2J5264 | 2.78[22] |
Tayler və Bredi tərəfindən izləndiklərindən xəbəri olmayan Yelena və Stefan həftə sonunu birlikdə Gilbertlərin gölkənarı evində keçirirlər. Cena Alarikin onun keçmişinə yaxşı münasibət bəsləməyəcəyindən narahat olur. Culs və Bredi Taylerə Ay və Günəş lənəti haqqında danışırlar və onlara kömək etməsini xahiş edirlər. Boni məlumat ala bilmək üçün Lukanı hipnoz etməli olur. Luka danışaraq bildirir ki, Elayca Yelenanın qurban verilməsi ilə ayin keçirib Klausu zəiflətmək, daha sonra isə öldürmək istəyir. Culs və onun canavar dostları Ay daşını ələ keçirmək üçün gəlmiş Deymonu dövrəyə alaraq ona hücum edirlər, lakin Elayca yetişərək bir çox canavarı öldürür və beləcə Deymonu xilas edir. Stefanı tapan Bredi ona taxta güllədən atəş açır və yaralı Stefana nəzarət etməsi üçün Tayleri onun yanında qoyur. Lakin keçirilən ayin zamanı yelenanın öldürülməsinin planlaşdırıldığını öyrənən Tayler Stefanın getməsinə icaze verir. Stefan Yelenanı qorumaq üçün Bredini öldürür. Bu arada Ceremi və Boni bir-birinə olan hisslərini etiraf edirlər. Yelenanın Elaycanın hazırladığı əsl plan haqqında xəbərdar olduğunu müəyyənləşdirən Stefan, Elaycanın Yelenadan qurban kimi istifadə etmək istədiyini bildirir. Tayler Metə söyləyir ki, onun Keralayna qarşı hissləri var, lakin Keralaynın Meti sevdiyindən xəbəri olduğuna görə ondan uzaq durur. Seriya Culs və Taylerin şəhəri tərk etməsi ilə başa çatır. | |||||||
37 | 15 | Nahar qonaqlığı | Markos Sieqa | Endryu Çambliss | 17 fevral 2011 | 2J5265 | 3.07[23] |
Yelena Conatan Gilbertin gündəliklərindən birini oxuyur və Stefanın onlara hücum etməsini, bir neçə nəfəri öldürməsini öyrənir. Stefan etiraf edir ki, Leksinin ona insanlığı nümayiş etdirməsi, sevgini öyrətməsinə kimi, o əsl qaniçən, acımasız biri olmuşdur. Elaycanı taxta evdəki nahar qonaqlığına dəvət edən Stefan burada onu öldürməyi planlaşdırır. Conatanın gündəliyindən məlum olur ki, əgər vampir qədim vampiri öldürmək üçün nizədən istifadə edərsə özü də onunla birlikdə ölər. Stefanın xəbərdarlıq etməsindən sonra Alarik Deymonu qabaqlayaraq Elaycanı öldürür, lakin sonradan onun bədəni yoxa çıxır. Yelena gündəlikdən oxuyur ki, əgər qədim vampirin bədəninə sancılmış taxta nizə çıxarılarsa, o, yenidən həyata qayıdacaq. Con Alarikin üzüyünü qaytarmaq üçün onu şantaj edir. Elaycanın gölkənarı evə gəlməsi zamanı Yelena ona söyləyir ki, özünü ödürəcək və ya vampirə çevriləcək ki, onun işinə yaramasın. Elayca onunla danışmağa cəhd etsə də, Yelena özünü bıçaqlayır. Elayca Yelenanın yanına gələrək onu xilas etməyə çalışsa da, Yelana yenidən ona nizə soxub, öldürməyə cəhd edir. Evə dönən Deymon ketrini orada tapır. Elaycanın məcbur etməsindən sonra, o, Elaycaya kömək etməyə razılıq verir. | |||||||
38 | 16 | Qonaq evi | Maykl Katlman | Keralayn Drays | 24 fevral 2011 | 2J5266 | 2.98[24] |
Ketrinin azad olduğunu eşidən Yelenanın əhvalı təlx olur. Stefan və Boni Cons və Lukanı onlara kömək etməyə razı salmaq üçün çalışsalar da, Cons yenidən Elaycanı diriltməyə cəhd edir. O, bir ritual həyata keçirir və bunun nəticəsində Luka görünməz olur. Luka nizəni Elaycanın bədənindən çıxarmağa çalışsa da, Ketrin onu dayandırır. Luka daha sonra Ketrini nizə ilə vurur, lakin, Deymon aləovdan istifadə edərək Ketrinin öldürülməsinin qarşısını alır, əvəzində Luka yanaraq ölür. Lukanın ölümünün əvəzini almaq istəyən atası Cons Yelenanı öldürmək istəyir. Boni Ceremi ilə olan münasibətləri haqqında Yelenaya danışır və onun xoş münasibət göstərməsindən təəccüblənir. Yelenanı axtaran Cons Mistik Grill bara gəlib çıxır. Boni onu saxlamağa cəhd etsə də, o, Bonini gücsüz hala gətirir, Met müdaxilə etməyə çalşsa da, Cons Meti bıçaqlayır. Keralayn görür ki, Met ölür, öz qanını ona içirməklə Metin həyatını qoruyur. Cons Yelenaya hücum edir, lakin məlum olur ki, onun hücum etdiyi Ketrindir və Ketrin onu dişləyir. Alarik Cenaya onu sevdiyini deyir. Boni Conun onun gücünü qaytardığını görür və ondan Klausu necə öldürməyi soruşur. Keralayn Metə vampir olduğunu desə də, o, xəbəri pis qəbul edir. İzobel Yelenanın evinə gəlir və Cenaya Yelenanın bioloji anası olduğunu söyləyir. | |||||||
39 | 17 | Düşməni tanımaq | Vendi Stanzler | Mayk Denyels | 7 aprel 2011 | 2J5267 | 2.73[25] |
Yelena və Alarik Cenanın İzobelin qayıtması xəbərindən sonra Cona hər şeyi gizlətdiyinə görə əsəbləşirlər. Alarik Klausun yaxını olan cadugər Meddoks tərəfindən əsir alınır. Bu arada Ceremi və Deymonla birgə çalışan Boni öldürülmüş cadugərlərin enerji və gücünü özündə toplamağın yollarını axtarır. Deymon onları cadugərlərin yandırıldığı yerə gətirir. Met bacısı Vikinin başına nə gəldiyini öyrənməyə çalışır. Keralaynın meti danışmağa məcbur etməsindən sonra məlum olur ki, Şerif Forbs ondan vampirlər haqqında məlumat öyrənmək üçün istifadə edir. Metə minaçiçəyi içirirlər və bundan sonra onu nəyəsə məcbur etmək olmur. İzobel Yelananı oğurlayır və bu zaman ona zəng edən Meddoks Klausun İzobelə tapşırdığı işi uğurla tamamladığını və indi Yelenanı azad etməsini bildirir. İzobel analıq borcunu heç vaxt yerinə yetirmədiyinə görə Yelenadan üzr istəyir və sehrli üzüyünü çıxararaq gün işığı altında yanıb kül olur. Stefan və Deymon qərara gəlirlər ki, yeni güclər əldə edən Boni onların yeni gizli silahıdır. Ceremi narahat olur ki, həddən artıq güc istifadə edən Boni ölə bilər. İzobelin ölümünə kədərlənən və Meddoks tərəfindən əsir alınan Ketrin ayıldıqda Klausun Alarikin bədənini nəzarətə götürdüyünü görür. | |||||||
40 | 18 | Sonuncu rəqs | Con Berinq | Maykl Nardukki | 14 aprel 2011 | 2J5268 | 2.81[26] |
Klaus (Alarikin bədəninə girmiş) Ketrini məcbur edir ki, onu necə öldürməyi planlaşdırdıqlarını danışsın. O, öyrənir ki, Boni onun həyatı üçün təhlükəli ola biləcək güc əldə edib. Məktəbdə rəqs zamanı Ceremi Bonini Yelena üçün özünü öldürmək qrarına görə tənqid edir və Deymon bunları eşidir. Ceremi kömək üçün Stefanın yanına gedir və Stefan Boninin planını Yelenaya danışır. Yelena nəhayət ki, Alarikin bədənindəki insanın əslində Klaus olduğunu anlayır. Boni öz gücü ilə Klausla savaşır və Klaus onu öldürdüyünü düşünür. Deymon Yelenaya bildirir ki, qoy Klaus Bonini ölmüş bilsin, lakin əslində onun ölümü yalan idi. Boninin öz həyatını təhlükəyə atdığını öyrənən Yelena, Elaycanın yanına gedərək, onun ürəyinə sancılmış nizəni çıxarır. | |||||||
41 | 19 | Klaus | Yeşua Batler | Kevin Vilyamson & Culi Plek | 21 aprel 2011 | 2J5269 | 2.70[27] |
Yelenanın nizəni çıxarmasından sonra Elayca dirilir və Yelena yenidən onunla razılığa gəlir. Qədim dövrdə İngiltərədə olan hadisələr təsvir edilir. Burada Katerina ilk dəfə Elayca və Nikalausla görüşür. Elayca və Klausun qardaş olduqları ortaya çıxır. Lakin Klaus canavar adam nəslindən gəldiyinə görə anası onun insanlıq üçün təhlükəli olacağından qorxur. Elaycanın atası və ailəsi canavar adamlar və vampirlər arasındakə təfriqə zamanı öldürülmüşdü. Vampir/Canavar adam qarışıqlı hibrid olduğuna görə Klausu yalnız cadugərlər öldürə bilərdilər. Günəş və Ay lənəti əslində yalan idi, real olan lənət isə Klausun canavar adam tərəfi ilə bağlı idi. Cadugərlər Klausun canavar adam gücünü də əldə etməsi üçün xüsusi ayin keçirməsi üçün tilsimləmişdilər. Cena nəhayət ki, Stefan və Klaus/Alarikdən vampirlər haqqında öyrənir. Ketrin isə təsir altında Klausa kömək etməyə başlayır. Deymon Ketrini tapır və Klausun təsirindən qorumaq üçün ona minaçiçəyi yağı verir. Seriyanın sonunda Meddoks və Qreta (Lukanın bacısı) Klausun ruhunu Alarikin bədənindən çıxarıb öz bədəninə qaytarmaq üçün ayin icra edir. | |||||||
42 | 20 | Son gün | J. Miller Tobin | Endryu Çambliss & Brayn Yanq | 28 aprel 2011 | 2J5270 | 2.68[28] |
Elayca Yelenaya deyir ki, Klausun lənətini sındırmaq üçün o, ayın, Ay daşı kimi bədirləndiyi gecə bir vampir və bir canavar adamı qurban verməli, daha sonra isə bənzərlərdən birinin qanını içməlidir. Tayler və Culsu şəhərə qayıtmağa məcbur etmək üçün, Meddoks Karol Lokvudu yaralayır, daha sonra isə Keralayn və Tayleri oğurlayır. Özünə gələn Alarik Klausun mesajını çatdırır: lənətin pozulması üçün atin bu gecə olacaq. Bundan sonra Cena onu bağışlayır. Deymon müəyyənləşdirir ki, əgər Klausun canavar adamı olmasa o, ayini həyata keçirə bilməyəcək və deməli növbəti ay bədrlənməsinə kimi gözləməli olacaq, bu da Yelenanın bir ayı olacağı anlamına gəlir. O, Keralayn və Tayleri məzardan xilas edir və Meddoksu öldürür. Tayler çevrilməyə başlayır və Deymona hücum edir, Deymon Keralayn və Metə Lokvudların köhnə maliknələrinin xarabalığında gizlənməyi tapşırır. Yelena və Stefan birlikdə romantik bir gün keçirirlər və Yelena ona deyir ki, heç vaxt vampirə çevrilmək istəmir. Onların evə dönməsindən sonra isə Klaus ayini keçirmək üçün əsir götürür. Deymon Klausa deyir ki, onun ayin üçün hazırladığı vampir və canavar adamı öldürəcək. Lakin Klaus ehtiyyatda başqalarınən da olduğunu bildirir. Ayin keçirilən yerə gəldikdə Yelena görür ki, Klaus Cenanı çevirərək ayin zamanı vampir kimi istifadə edir. Deymon qoluna baxdıqda Taylerin canavar adama çevrildikdən sonra onu dişlədiyini görür. | |||||||
43 | 21 | Yenidən günəş çıxır | Pol M. Sommers | Keralayn Drays & Mayk Deniyels | 5 may 2011 | 2J5271 | 2.84[29] |
Canavara çevrilmiş Taylerin hücum etdiyi müddət ərzində Met və Keralayn Lokvudların köhnə malikanıələrinin xarabalığında gizlənirlər. Bu arada Qretanın qanını içən Cena vampirə çevrilməsini tamamlayır. Məlum olur ki, Klaus ailəsini öldürüb, bədənlərini isə dənizdə batırıb. Ayini həyata keçirməyə başlayan Klaus əvvəlcə canavar adam kimi Culsu öldürür. Stefan Cenanı xilas etməyə çalışsa da, Klaus onu da öldürür. Boni iki ruhun gücündən istifadə edərək cadu etməyə çalışır. Bu müddətdə ayini davam etdirən Klaus Yelenanın qanını içir və çevrilməyə başlayır. Deymonun Qretanı öldürür, Boni isə öz gücündən istifadə edərək ayinə maneə olmağa çalışır. Bu zaman Elayca Klausa yaxınlaşaraq onun ürəyini çıxarmalı idi. Lakin Elayca Klausa yaxınlaşdıqda Klaus ailəsinin bədənlərini dənizdə batırmadığını və onu öldürəcəyi halda heç vaxt tapa bilməyəcəyini deyir. Elayca Klausu dinləyir və onunla birlikdə qaçır. Yelena yenidən həyata qayıtdıqda isə Boninin ruhlarını bir birinə bağladığına görə Yelenanın yerinə Con Gilbert ölür. Con və Cenanın dəfnindən sonra Deymon Stefana canavar adamın onu dişlədiyini bildirir və bunu Yelenaya söyləməməyi xahiş edir. | |||||||
44 | 22 | Ölmüş kimi uzanaramsa | Con Berinq | Turi Meyer & Al Septien & Maykl Nardukki | 12 may 2011 | 2J5272 | 2.86[30] |
Deymon Yelenadan qanını ona içirdiyinə görə üzr istəyir. Evdə Deymon üzüyünü çıxarıb günəş qarşısına çıxmaqla özünü öldürməyə cəhd edir, lakin Stefan bunun qarşısını alaraq onu evə salır. Canavar adama çevrilməsini tamamlayan Klaus özünə gələn kimi onu gözləyən Elaycanı axtarmağa gedir. O, Klausu etdiyi işləri xatırlamağa məcbur edir, ona deyir ki, Elaycanı ailəsinə qovuşdurmalıdı. Stefan Deymonu sağaltmaq üçün Klausun axtarışına başlayır. Klaus Ketrini dişləyərək onu ölümcül yaralayır, daha sonra isə öz qanını ona içirərək onu sağaldır. Öz qanını Deymona verməyin əvəzinə Klaus Stefandan əvvəlki kimi yırtıcı olmağı və onunla birgə şəhərdən getməyi tələb edir. Stefan özünü təsdiq etmək üçün uzun illərdən sonra ilk dəfə insan qanı içir. Klaus öz qanından bir qədər Ketrinə verir və Stefana aparması üçün onu azad edir. Deymonu öldürmək istəyən Şerif Forbs səhvən onu Stefanın saldığı otaqdan azad edir. Daha sonra ona atəş açmaq istəyən Şerif Forbs Ceremini güllə ilə vuraraq öldürür. Boni ən qədim və güclü cadugərlərə müraciət edərək onlara Ceremini sevdiyini və onu həyata qaytarmaq istədiyini bildirir, cadugərlər belə bir cadunun onun həyatı üçün təhlükəli ola biləcəyini söyləyirlər. Yelena gücsüz Deymonu tapır, evə gətirir və öpür. Klaus Stefana bir adamı öldürməyi söyləyərək onu yoxlayır. Stefanın bunu etməsindən sonra onlar Mistik Folsu tərk edirlər. Boninin yenidən həyata qaytardığı Ceremi Gilbertlərin evində ölmüş vampir sevgililəri Viki və Annanın ruhlarını görür. |
16 fevral 2010-cu ildə , The CW rəsmən serialın 22 seriyadan ibarət ikinci mövsümünün çəkiləcəyini elan etmişdi.[5] İkinci mövsümün ilk seriyasının premyerası, Çərşənbə günü, 9 sentyabr 2010-cu ildə həyata keçirilmişdir.[6] Mövsüm finalı isə 12 may 2011-ci ildə efirə verilmişdir.[31]
9 iyul 2010-cu ildə “Entertainment Weekly” jurnalı aktyor Teylor Kinninin, qardaşının ölümündən sonra Mistik Follsa gəlmiş canavar adam, Taylerin əmisi Meyson Lokvud obrazını canlandıracağını elan etmişdi. Ketrin Meysonu Ay daşını tapmaq üçün şəhərə göndərir. Meyson tapşırığı yerinə yetirsə də, Deymon və Stefan onu öldürərək daşı əlindən alırlar. Meyson obrazı “əla” dayı, seksual və atletik biri kimi təsvir edilir.[32] Loren Kohan isə ikinci mövsümdə 500 yaşlı vampir Rouz obrazını canlandırmışdır.[33]
Mikaella MakManus Meysonun ölümünün səbəblərini araşdırmaq üçün şəhərə gəlmiş canavar adam rolunu canlandırmışdı.[34] Briton Ceyms cadugər Luka rolunda görünmüş, onun atası Cons Martini isə Rendi J. Qudvin oynamışdır.[35] Cons mövsümün sonuna yaxın Salvatore qardaşları tərəfindən öldürülür.[36]
İkinci mövsümün sonunda Klaus üçün işləyən cadugər rolunu Gino Antoni Pesi canlandırıb. 18 fevral 2011-ci ildə Britaniya aktyoru Cozef Morqanla Klaus rolunun canlandırılması haqqında müqavilə imzalandığı elan edilmişdi.[37]
“Entertainment Weekly”dən Ken Taker yazır: "Vampirin gündəlikləri"nin düyünən qırmızı ürəyi olaraq Deymon və Stefan arasında Yelenanın sevgisinə sahib olmaq uğrunda mübarizə qalmaqdadır.”[38] “Boston Herald”dan Mark A. Periqarda yazır: “Üçbucaq-dördbucaq? – hər seriyanın sonunda bu sual olaraq saxlanılır. Həmçinin şiddət, faciə və mifologiya serialı daha baxımlı edir. “Oyna” bu mövsümə ən uyğun gələn sözdür.” “TV Guide”dan Met Ruş qeyd edir: "Vampirin gündəlikləri elə serialdır ki, mifologiyanın təsiri ilə, burada heç vaxt “öldü demək lazım gəlmir".[38] Mən bilmirəm, Vampirin gündəlikləri nə qədər çalxalanan hadisələrlə hərarətli izləyici sevgisini saxlaya biləcək, lakin əgər sənin sevdiyin üslubdursa, dişləməmək üçün özünü çətin saxlayacaqsan.”[38]
No. | Ad | Efir tarixi | 18–49 reytinq (Live + SD) | İzləyici (milyon) artımı | Ümumi 18-49 artım | Ümumi izləyicilər (milyon) | İst |
---|---|---|---|---|---|---|---|
02 | "Cəsarətli Yeni Dünya" | 16 sentyabr 2010 | 1.4 | 0.91 | 1.9 | 3.96 | [39] |
03 | "Pis Ay çıxışı" | 23 sentyabr 2010 | 1.4 | 0.92 | 1.9 | 4.49 | [40] |
04 | "Yaddaş yolu" | 30 sentyabr 2010 | 1.2 | 0.95 | 1.8 | 4.13 | [41] |
06 | "Plan B" | 21 oktyabr 2010 | 1.7 | 1.04 | 2.2 | 4.66 | [42] |
07 | "Maskarad" | 28 oktyabr 2010 | 1.7 | 0.85 | 2.2 | 4.40 | [43] |
08 | "Rouz" | 4 noyabr 2010 | 1.6 | 1.12 | 2.1 | 4.75 | [44] |
09 | "Katerina" | 11 noyabr 2010 | 1.6 | 1.01 | 2.0 | 4.51 | [45] |
10 | "Qurban" | 2 dekabr 2010 | 1.6 | 1.07 | 2.1 | 4.53 | [46] |
11 | "Ay işığı altında" | 9 dekabr 2010 | 1.3 | 0.97 | 1.7 | 4.13 | [47] |
12 | "Eniş" | 27 yanvar 2011 | 1.6 | 1.10 | 2.1 | 4.65 | [48] |
16 | "Qonaq evi" | 24 fevral 2011 | 1.3 | 1.13 | 1.8 | 4.11 | [49] |
17 | "Düşməni tanımaq" | 7 aprel 2011 | 1.2 | 1.14 | 1.7 | 3.87 | [50] |
18 | "Sonuncu rəqs" | 14 aprel 2011 | 1.3 | 1.06 | 1.8 | 3.87 | [51] |
19 | "Klaus" | 21 aprel 2011 | 1.2 | 1.35 | 1.8 | 4.05 | [52] |
20 | "Son gün" | 28 aprel 2011 | 1.2 | 1.34 | 1.8 | 4.02 | [53] |
21 | "Yenidən günəş çıxır" | 5 may 2011 | 1.3 | 1.07 | 1.8 | 3.91 | [54] |
22 | "Ölmüş kimi uzanaramsa" | 12 may 2011 | 1.4 | 1.02 | 1.9 | 3.88 | [55] |
İkinci mövsümünə görə "Vampirin gündəlikləri" beş “Teen Choice Awards”, bir “People's Choice Award” qazanmış, “Saturn mükafatı”na nominant göstərilmişdir.
30 avqust 2011-ci ildə "Vampirin gündəlikləri"nin ikinci mövsümü DVD və Blu-ray disklərdə satışa çıxarılmışdır.[1] Region B üçün 22 avqust 2011-ci ildən satış başlamışdır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.