Valeriya Qnarovskaya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qnarovskaya Valeriya Osipovna (18 oktyabr 1923[1] – 23 sentyabr 1943[1]) — sovet əsgəri, sanitar təlimatçı, Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra)
Valeriya Qnarovskaya | |
---|---|
ukr. Валерія Йосипівна Гнаровська | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Modolitsı, Lujskiy qəzası, Petroqradskaya quberniyası, Rusiya Sovet Federativ Sosialist Respublikası |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | İvanenki kəndi, Volnyansk rayonu, Zaporojya vilayəti, Ukrayna Sovet Sosialist Respublikası, SSRİ |
Vəfat səbəbi | Müharibə |
Vətəndaşlığı | SSRİ |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru qoşunları, piyada əsgərlər |
Hərbi hissə |
229-cu atıcı diviziya 244-cü atıcı diviziya |
Xidmət illəri | 1942-1943 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Sanitar təlimatçı |
Döyüşlər | Böyük Vətən Müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1942-ci ilin yazında 229-cu atıcı diviziyanın tərkibinə qatılıb və 1942-ci ilin iyul ayında Stalinqrad cəbhəsində vuruşub.
23 sentyabr 1943-cü ildə İvanenki kəndi yaxınlığında, 907-ci atıcı alay, 244-cü atıcı diviziyanın sanitar təlimatçısı, əsgər Qnarovskaya, yaralı əsgərləri döyüş ərazisində çıxarıb, sarğı stansiyasına (və ya tibb məntəqəsinə) aparan zaman, tibb məntəqəsinin önünə iki alman tankının keçdiyini görür. Yaralıları qurtarmaq üçün, 19 yaşlı Valeriya Qnarovskaya, bir neçə əl bombası ilə birgə özünü tankaların birinin altına ataraq tankı partladır. İkinci tankı isə Valeriya Qnarovskayanın xilas etdiyi sovet əsgərləri vurur. 19 yaşlı əsgər Valeriya Qnarovskaya bu hadisəylə qəhrəmancasına şəhid olur.
18 oktyabr 1923-cü ildə, Lujskiy qəzasının, Modolitsı kəndində doğulub. Atası Osip Qnarovskiy Yandeb kəndinin poçt müdiri çalışıb. Anası Yevdokiya Mixayilovna isə, evdar qadın olub.
1924-cü ildə Qnarovskilər ailəsi Yandeb kənd sovetliyinə köçüb və Valeriya burada ibtidai məktəbi bitirib. İbtidai məktəbi bitirdikdən sonra, Podporojie şəhərində Puşkin adına orta məktəbə qəbul olunub. 1941-ci ildə Valeriya 10-ci sinifi bitirdikdən sonra Dağ-Mədənçilik instituna daxil olmağı planlaşdırır. Lakin müharibə onun bu planlarını alt-üst edir. Müharibə başladıqdan sonra ailə (anası Yevdokiya Mixayilovna, 75 yaşlı nənəsi və kiçik bacısı) Omsk vilayətinin, Berdyuzhskiy rayonuna evakuasiya olunub.[2][3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.