Vakanda

Marvel Comics-in uydurma ölkəsi From Wikipedia, the free encyclopedia

Vakanda

Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur.[2] Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten LiCek Kirbi tərəfindən yaradılmışdır.[3]

Cəld faktlar Tip, Yaradıcı ...
Vakanda
Thumb
Tip uydurma ölkə[d]
Yaradıcı Sten Li, Cek Kirbi[d]
İdarə edən Qara pantera
Əhali
  • 6.000.001 nəf.[1]
Bağla

Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir.

Yerləşməsi

Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir,[4] digərləri isə – məsələn, Marvel Atlas #2[5] – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, KeniyaEfiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir.[6]

Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib.[7][8]

Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir.[9]

Birnin Zana Vakanda ərazisində yerləşir. Bəziləri onu ağıllı şəhər hesab edirlər.[10]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.