bitki növü From Wikipedia, the free encyclopedia
Uzunsütuncuqlu bellevaliya (lat. Bellevalia longistyla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab(i, ii, iii). Azərbaycanın nadir növüdür.
Uzunsütuncuqlu bellevaliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Scilloideae Cins: Növ: Uzunsütuncuqlu bellevaliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda, 3-4 sm yoğunluqdadır. Gövdə 20-40 sm hündürlükdə, çılpaq, bütöv, meyvə vaxtı yoğunlaşır. Kökyanı yarpaqlar uzun, enli-neştərşəkilli, 25-30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzanmış, çoxçiçəkli, enli-piramidavaridir. Çiçəkyanlğı 10 mm-ə qədər uzunluqda, uzunboruvari, ağımtıl-mavi, qonur, quruduqda kürən qırmızımtıldır. Sütuncuq uzun, yumurtalıq və tozluq çiçəkyanlığına çatandır. Qutucuq iri yumurtavaridir.
Çiçəkləməsi aprel, meyvə əmələgəlməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Dağətəyi və orta dağ qurşağında rast gəlinir. Kseromezofitdir.
Naxçıvanın dağlıq və düzənlik hissəsləri.
Populyasiyalarının sayı azalır, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Antropogen və zoogen amillər, hali tərəfindən yığılması itmə təhlükəsi yaradır.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.