From Wikipedia, the free encyclopedia
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023).[1] Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən).[1] Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru.
Umayra Tağıyeva | |
---|---|
Umayra Tağıyeva Rauf qızı | |
Doğum tarixi | 3 aprel 1968 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Rauf Tağıyev |
Elmi dərəcəsi | coğrafiya üzrə fəlsəfə doktoru |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Ramiz Məmmədov |
Tanınır | iqlimşünas |
Mükafatları |
"Qızıl medal" "Fərqlənmə diplomu" "Əməkdar mühəndis" "Fəxri fərman" |
Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.[2]
1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir. 1998-ci ildən bir sıra beynəlxalq, regional, milli proqram və layihələrdə ekspert və qrup rəhbəri, 2006–2009-cu illərdə İqlim Dəyişmələri üzrə İkinci Milli Məlumatı Koordinatoru olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə keçirilən beynəlxalq konfrans, simenar və treninqlərdə iştirak etmişdir. 15 elmi məqalənin müəllifi, 2 elmi əsərin həmmüəllifi, olmuşdur. Coğrafiya üzrə fəlsəfə doktorudur. U. R. Tağıyeva 26 yanvar 2015-ci ildən AMEA akad. H. Ə. Əliyev adına Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.[3] 2018-ci ildə bir müddət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri vəzifəsində çalışmışdır.[4]
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (10 dekabr 2018 – 30 iyun 2023)[5][1].
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən)[1].
Umayra Tağıyeva 3 kitab, bir çox elmi məqalələrin müəllifidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.