From Wikipedia, the free encyclopedia
Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.[1][2]
İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو)[3], Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).
OŞSAM[5]-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır.[6] Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır.[6] Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar.[6] Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır.[6] Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.