From Wikipedia, the free encyclopedia
Trubkalılar (lat. Phoronida) — yeganə Phoronidae fəsiləsinin daxil olduğu onurğasız dəniz heyvanları tipi.
Trubkalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Ranqsız: Spiralia Tipüstü: Klad: Klad: Brachiozoa Tip: Trubkalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Phoronis və Phoronopsis cinslərinə aid olan 12 müasir növü öyrənilib. Qabarma zonasından 400 m dərinliklərə qədər rast gəlinsə də, adətən dənizin 70 m dərinliklərində olur.
Çox azsaylı və az öyrənilmiş heyvan tipləridir. Hal-hazırda Actinotrocha, Phoronis və Phoronopsis cinslərinə aid 20 növ təsvir edilmişdir. Bədənin uzunluğu 6 mm-dən 50 sm-ə qədər dəyişən bu canlılara bütün dəniz və okeanlarda rast gəlinir. Foronidlərin əksəriyyəti kosmopolit canlılardır.[3]
Yetkin foronidin bədəni xitin borunun içərisində yerləşir. Yuxarı ucdan baş hissəsi xaricə çıxır. Aşağı hissə torpağa girir. Baş hissədə kirpikciklərlə örtülmüş qısqaclar (lofoforlar) yerləşir. Lofoforlar çevrə boyunca, spiralvari və ya nalşəklində yerləşir. Qısqaclar arasında yarıqşəklli ağız yerləşir.[4]
Foronidlər xırda orqanizmlərlə qidalanır. Bəzi foronidlər çox estetik görünüşə malikdir.
Foronidlər ayrıcinsli və hermofrodit canlılardır. Onlar cinsi və qeyri-cinsi (tumurcuqlama) yolla çoxalırlar. Yumurtadan plankton sürfəsi (aktinotroxa) çıxır. Sürfənin inkişafı 20 gün çəkir. Sonra dibə çökərək 30 dəqiqə ərzində cavan foronidə çevrilir. Foronidlərin orta ömrü təxminən 1 ildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.