From Wikipedia, the free encyclopedia
Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi?, 1 yanvar 1861, Edo[d] – 2 dekabr 1894) – Yaponiya geoloqu və paleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur.[1] "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur.[2]
Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur.[3] 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiya və paleontologiya dərsləri almışdır.[4] 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır.[4] Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur.[4]
Harada Tokio Universitetində geologiya üzrə professor olmuş,[3] eləcə də, fosillər haqqında dərslər demişdir.[4] O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır.[4] Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır.[4] 1891-ci ildə növbəti dəfə Avropaya səyahət etmiş, lakin yolda xəstələnərək ölmüşdür.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.