Toxmaqlı oymağıCənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq.

Tarixi

Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək DiyabəkirQaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. [1]

Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar. Səfəvi imperiyasının məşhur sərkərdəsi və diplomatı Məhəmməd xan Toxmaq bu oymaqdandır.

Həmçinin bax

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.