Həvəxalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir[1]. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar.

Thumb
Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin toxuculuq məntəqələrindən biri Qasımuşağı obasında istifadə edilmiş xalça toxuculuq aləti — həvə

.

Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər[2]. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir.

Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.