From Wikipedia, the free encyclopedia
Tonyukuk (çincə - Aşide Yuançjen 阿史德元珍) — Göytürk xaqanlığında fəaliyyətdə olmuş dövlət xadimi. Aşide sülaləsindəndir. İltəriş xaqan, İnel xaqan, Qapağan xaqan və Bilgə xaqanın vəziri olmuşdur.
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Bilgə Tonyukuk Bağa Tarxan | |
---|---|
q.türk 𐱃𐰆𐰪𐰸𐰸 | |
Göytürk xaqanlığı tarxanı | |
681 – 726 | |
Monarx | İlteriş xaqan Qapağan xaqan Bilgə xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Milliyyəti | Göytürk |
Fəaliyyəti | dövlət xadimi |
Uşağı | Po Beq |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
646-cı ildə, Çin hakimiyyətində, Tuul çayının sahilində doğulmuşdur. 679-cu ildə Aşina Qutluğa qarşı üsyankar davransa da 681-ci ildə onun tərəfinə keçdi və Göytürk xaqanlığının yenidən qurulmasına başladı. 682-ci ildə Çin sərkərdəsi Hsüe Cenkueyə (薛仁贵) məğlub olsa da, dövləti yenidən qura bildi.[1] 687-ci ildə yeni 3 illik Çin imperatoru Juyçzun (唐睿宗) hələ gənc idi, dövləti faktiki olaraq anası Vu Zetian idarə edirdi. Bundan istifadə edən Tonyukuk Çinə hücuma keçdi, lakin o Çin ordusunda xidmət edən Bekçeli sərkərdə Houçi Sanqçi (흑치상지) və çinli Li Duoçunun ordusuna Xuanqxuayduy yaxınlıqlarında məğlub oldu.
4 xaqana xidmət etmiş Tonyukuk həmçinin Tonyukuk abidəsinin müəllifidir.[2] 726 və ya 731-ci ildə 85-86 yaşında vəfat etmişdir.[3]
Qızı İl Etmiş Bilgə xatun Bilgə xaqanla evlənmişdir. Bu baxımdan Yollıq xaqanın və Bilgə Qutluq xaqanın babasıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.