Tokio Elm Universiteti 1881-ci ildə Tokio Universitetinin (o zaman İmperator Universiteti adlanırdı) Elm Fakültəsinin Fizika bölməsinin məzunları tərəfindən Tokio Fizika Akademiyası kimi təsis edilmişdir. 1883-cü ildə Tokio Elm Kolleci adlandırıldı və 1949-cu ildə universitet statusunu qazanaraq Tokio Elm Universiteti adına layiq görüldü.[1]
2016-cı ildən etibarən Yaponiyada Nobel mükafatı laureatları olan yeganə özəl universitetdir və Asiyadatəbiət elmləri üzrə Nobel mükafatı laureatları yetişdirən yeganə özəl universitetdir.[2]
"Eduniversal" agentliyi Yaponiyada "Əhəmiyyətli beynəlxalq təsirə malik ən yaxşı biznes məktəbi" reytinqində Tokio Elm Universitetini ikinci yerdə qərarlaşdırmışdır.[4]
Məzunların reytinqi
Dünyanın ən böyük müəssisə liderlərinin Times Higher Education reytinqində Tokio Elm Universiteti Yaponiya universitetləri arasında üçüncü yerdədir.[5]
Kitabxanası
Tokio Elm Universitetinin dörd fərqli sahədə kitabxanaları var:
Kagurazaka
Noda
Katsuşika
Oşamambe
Muzeyi və digər istirahət yerləri
Tokio Elm Universitetinin kampuslarında olan digər istirahət yerlərinə aşağıdakılar daxildir:
2016-cı ildən etibarən Tokio Elm Universitetinin 75 xarici universitet və tədqiqat institutları ilə, o cümlədən departamentlər və şöbələr arasında akademik mübadilə müqavilələri var.[14]
Universitetə bağlı iki dörd illik universitet var:
Sanyo-Onoda — Yamaquçidəki Tokio Yamaquçi Elm Universiteti
Naqano — Çino şəhərindəki Tokio Suva Elm Universiteti[1]