From Wikipedia, the free encyclopedia
The Age of the Understatement — The Last Shadow Puppets qrupunun 15 aprel 2008-ci ildə Domino tərəfindən buraxılan ilk albomu. 2006-cı ildə qrupun qurucuları Aleks Turner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Ceyms Ford Paris və Londonda edib, Ouen Pallettin bəstələdiyi aranjimanlar London Metropolitan Orkestri tərəfindən ifa edilmişdir. Albomun üz qabığında fotoqraf Sem Haskinsin 1962-ci ildə çəkdiyi yerdə oturan Gill adlı gənc qadının ağ-qara fotoşəkili yer alıb.
The Age of the Understatement | ||||
---|---|---|---|---|
"The Last Shadow Puppets" tərəfindən ifa olunmuş studiya albomu | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 15 aprel 2008 | |||
Yazılma tarixi | avqust 2007 | |||
Janr | simfonik pop, pop rok, barok pop | |||
Müddət | 35:10 | |||
Dil | ingilis dili | |||
Leybl | Domino | |||
Prodüser | Ceyms Ford | |||
"The Last Shadow Puppets" albomlarının xronologiyası | ||||
|
||||
|
The Age of the Understatement Törner və Keynin Arctic Monkeys və The Little Flames ilə əvvəlki işlərinin indi-rok səsindən fərqlidir. Albomdakı mahnılar əsasən simfonik pop, pop rok və barok pop kimi janrlardadır. Onlar 1960-cı illərin fransız pop və film musiqilərindən ilham aldıqlarını bildirilər.
Albom ümumiyyətlə müsbət rəylər aldı. 2008-ci ildə "Merkuri Mükafatına" namizəd oldu və qrupun BK-da ilk bir nömrəli debütü oldu. Buraxıldıqdan sonra albom "The Age of the Understatement", "Standing Next to Me" və "My Mistakes Were Made for You" sinqlları, həmçinin Avropa və Şimali Amerika turu və çoxsaylı televiziya çıxışları ilə tanıtıldı.
Törner və Keyn ilk dəfə Arctic Monkeys-in ikinci albomu "Favorite Worst Nightmare"-də yer alan "505", "Fluorescent Adolescent", "The Bakery" və "Plastic Tramp" mahnılarında birlikdə işlədilər. 2006-cı ildə bu səsyazma sessiyaları zamanı onlar birlikdə bir layihəyə başlamaq qərarına gəldilər.[1][2]
Albom əsasən iki həftə ərzində 2007-ci ilin avqustunda Fransadakı Black Box Studios-da, əlavə treki isə İngiltərənin London şəhərindəki RAK Studios-da qeydə alınıb. Proses sadə idi, sessiyalarda yalnız Törner, Keyn, Ford və mühəndis Cimmi Robertson iştirak edirdi. Oouen Pallett tərəfindən idarə olunan və 22 nəfərlik London Metropolitan Orkestrinin ifasında nəfəsli çalğı bölməsi və orkestr dekabr ayında ifa olunub.[1][3] Törner və Keyn albomun yazılması zamanı, sənədli film çəkilişi komandası Luke Seomore və Joseph Bullu, layihənin hekayəsinin çəkilməsi üçün işə dəvət etdilər.[4]
İkili albomu yaradarkən Skott Uokerin, Serj Gensburun "Histoire de Melody Nelson" və The Electric Prunes-un "Mass in F Minor" musiqisindən, eləcə də Ennio Morrikonenin "Yaxşı, pis, zalım" soundtrekindən təsirləndiyini bildirir.[5][6]
Albomun örtük şəklində 1962-ci ildə Sem Haskinsin çəkdiyi Yohannesburqdan olan sənət tələbəsi Gillin fotoşəkili yer alıb.[7] Fotoşəkli Aleks Törner əvvəlki sevgilisi Aleksa Çanq ilə "Dover Street Market"də olarkən tapıb. Şəklin həmin surəti Çanqın Nyu-Yorkdakı mənzilinin divarında da asılıb.[8][9]
Bütün mahnılar Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır.
№ | Başlıq | Vokal | Müddət |
---|---|---|---|
1. | ""The Age of the Understatement"" | Keyn və Törner | 3:07 |
2. | ""Standing Next to Me"" | Keyn və Törner | 2:18 |
3. | ""Calm Like You"" | Törner | 2:26 |
4. | ""Separate and Ever Deadly"" | Keyn və Törner | 2:38 |
5. | ""The Chamber"" | Törner və Keyn | 2:37 |
6. | ""Only the Truth"" | Keyn və Törner | 2:44 |
7. | ""My Mistakes Were Made For You"" | Törner | 3:04 |
8. | ""Black Plant"" | Törner və Keyn | 3:59 |
9. | ""I Don't Like You Anymore"" | Keyn və Törner | 3:05 |
10. | ""In My Room"" | Keyn və Törner | 2:29 |
11. | ""Meeting Place"" | Keyn və Törner | 3:55 |
12. | ""Time Has Come Again"" | Törner | 2:22 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.