From Wikipedia, the free encyclopedia
Test üsulu ilk dəfə olaraq 1969-cu ildə ABŞ-də orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-nin bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib[1].
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azərbaycanda Test üsulu ilk dəfə olaraq 1992-ci ildən ali məktəbə tələbə qəbulu prosesində sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunub.
Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir[2].
Azərbaycanda Test üsulunun tətbiqi ilk dəfə 1992-ci ilin May ayinin 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakire olunmuşdur.[3] "AATP Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunu ən vacib problem sayaraq o zamankı parlament sədri İsa Yunisoğlu Qəmbər ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub." [4]
1960-80-ci illerde 1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla (hökumət təmsilçilərinin təzyiqilə, vəzifəli şəxslərin təsirilə və kütləvi rüşvətxorluqla) ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına 20-ci esrdə ən çox ziyan vurmuş amillərdənir.
Keçmiş Sovet İttifaqının ərazisində TEST ÜSULU ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək əsasən Azərbaycanda keçirilməsi yaxın gələcəkdə xalqımızın əsgi sovet cumhuriyyətlərindəki xalqlara nisətən rəqabət qabiliyyətinin daha da artacagına inam yaradır.
Test Üsulunun 1992-ci ildən indiyədək 20 dəfə əsasən uğurlu Tətbiqi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir.
1992-ci ildə Müsavat başqanının sabiq I müavini, Müsavat Partiyasının üzvlərinlərindən biri Vurğun Əyyub Azərbaycan Tarixində Ən Böyük İslahatın ilk dəfə keçirilməsində fəal iştirak edib. 1992-93-cü illərdə Vurğun Əyyub TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test Üsulu ilə imtahan verərək rüşvətsiz tələbə qəbulunun keçirilməsi haqqında qərar verilib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi uğurunu gerçəkləşdirmişdir.
Test Üsulu 1992-ci ildə AXCP-Müsavat hökumətinin gerçəkləşdirdiyi ən böyük islahatdır. Son 19 ildə rüşvət vermədən tələbə olmuş təxminən 400 min Azərbaycan vətəndaşı yaxın 5-6 il ərzində çox cəhətdən qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş, ərazisi işğaldan azad olunmuş, demokratik və Dünyaya açıq Azərbaycan Dövlətinin qurulmasında fəal iştirak edəcəklər.
Test Üsulu həm də Kadrlar Siyasətində tətbiq olunan səmərəli Vasitələrdən sayılır. Subyektiv fikirlərə əsasən və ya rüşvət almaqla dövlət vəzifələrinə təyin olunma, aydın məsələdir ki, anti demokratik ölkələrin parktikasına uyğun hadisələrdir. Test Üsulu elə bir vasitədir ki, istedadlı mütəxəssislərin tapılmasını asanlaşdırır. Korrupsiyanı, rüşvətxorluğu artıran, çox mübahisələr yaradan vəzifələrə təyinolunma prosesində neqativ halların kəskin azalmasına, bu prosesin ədalətli keçirilməsinə səbəb olan vazkeçilməz Vasitə kimi Azərbaycanda son illərdə Xalq tərəfindən tanınmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.